İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 99 ____________________________
RSA alqoritmi
.
RSA açıq açarla şifrələmə alqoritmlərindən biridir.
Alqoritm 1977-ci
ildə Rivest, Şamir və Adleman tərəfindən
yaradılmışdır. Alqoritm 20 il ərzində ən populyar sayılmış və
açıq açarla istifadə olunan alqoritmlər içərisində praktiki olaraq
ən çox istifadə ediləni olmuşdur.
RSA ikilik mətnlərin şifrələnməsi üçün istifadə edilir. Açıq
mətn bloklara
bölünür və hər bir blok
M
ikilik ədədi kimi
götürülür. Bu zaman M
pq, burada p
və
q iki böyük təsadüfi sadə ədədlərdir).
Açıq və bağlı açarlar
RSA alqoritmində bir-birilə
əlaqəlidirlər, yəni bir açarın şifrələnməsi o biri açarın şifrədən
çıxarılmasına səbəbdir.
Alqoritmin çatışmazlığı əməliyyatı aşağı
sürətlə yerinə
yetirməsidir. RSA alqoritmində şifrələmə və deşifrələmə
əməliyyatları çox böyük tərtibli
çox böyük ədədlərin qüvvətə
yüksəldilməsi ilə yerinə yetirilir,
bu isə öz növbəsində
əməliyyatı yerinə yetirmək üçün həcmli resursların olmasını
tələb edir.
Bu baxımdan təcrübədə ən çox iki alqoritmin
kombinasiyasından istifadə olunur.
Məlumat simmetrik
alqotmin köməyilə şifrələnir (məsələn, AES), bu zaman hər
dəfə təsadüfi açar generasiya olunur. Təsadüfi açar açıq açarla
şifrələnir (məsələn, RSA alqoritmi ilə)
və məlumat ilə birlikdə
göndərilir. Belə hibrid sxem şifrələmə/deşifrələmə əməliyyatının
sürətini təmin etməklə yanaşı onun etibarlığını da artırır.