İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə66/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 102 ____________________________ 
2982 3147 8013 9451 
7546 2225 9991 6951 
2514 6622 3919 5781 
2206 4355 1245 2093 
5708 8839 9055 5154 
Ronald Rivestin elan edir ki, verilmiş kodu açmaq üçün 
40 kvadrillion
il lazımdır.
Təxminən 15 il sonra
, 1993-cü ilin 
sentyabr ayında tapmacanın həll olunmasına start verilir. Bir 
müddət sonra “başsındıran” tapılır. Tapmacada bu sözlər 
yazılmışdı:

THE MAGIC WORDS ARE SQUEAMISH 
OSSIFRAGE
”- “Sehirli söz - hər şeydən iyrənən quzuqapan, 
yırtıcı quş”. Mükafata layiq görülən şəxs müəyyən məbləğdə 
olan pulu proqram təminatının yaradılması fonduna 
təmənnasız hədiyyə edir. 1982-ci ildə Ronald Rivest, Adi 
Şamir və Leonard Adleman RSA şirkətini yaradırlar. 1989-cu 
ildə DES simmetrik şifrəsi ilə birlikdə yaradılmış alqoritm 
İnternetdə də istifadə olunmağa başlanılır. 1990-cı ildə ABŞ-
ın Müdafiə Nazirliyi hərbi işlərdə alqoritmdən istifadə edir. 
1997-ci ildə, Hökumət Əlaqələri Mərkəzində işləyən ingilis 
riyaziyyatçısı Klifford Koks RSA oxşar olan kriptosistemi 
hazırlayır. Qeyd etmək lazımdır ki, İnternet sistemində RSA 
alqoritmindən geniş istifadə olunur. Aşağıdakı şəkildə 
simmetrik şifrələmə sxemi verilmişdir. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 103 ____________________________ 
ELEKTRON RƏQƏMSAL İMZA
Qeyd edildi ki, çoxlu sayda açıq açarlı şifrələmə 
alqoritmləri bir-birini əvəz edə biləcək açarlar cütlüyü ilə 
işləyirlər, yəni bu açarlardan birinin şifrələdiyi mətni digər açar 
deşifrə etməyə imkan verəcəkdir.
Konfidensiallıq məqsədi ilə mətn məlumatı qəbul edənin 
açıq açarı ilə şifrələnir. 
Məlumatın informasiyanı göndərənin baqlı (gizli) açarla 
şifrələndiyi halı nəzərdən keçirək. Bu halda həmin mətni kim 
istəsə şifrədən azad edə bilər, çünki bu halda açıq açar hamıya 
əlçatandır. Digər tərəfdən məlumatı alan əmin ola bilər ki, 
məlumatın həqiqi müəllifi məlumatı göndərəndir, yəni bağlı 
açarın sahibidir, çünki başqa bir şəxs bağlı açarı yarada 
bilməzdi. 
Beləliklə, məlumatın həqiqiliyi (autentikliyi) yaranır. 
Hüquqi baxımdan məlumatın müəllifi ondan imtina edə bilməz 
(apellyasiya verə bilməz). 
Bu ideya 
elektron rəqəmsal imza konsepsiyasının 
yaranmasına səbəb oldu. 

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin