İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə74/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 113 ____________________________ 
Pos terminal
Elektron rəqəmsal imza əllə çəkilən imzanın elektron 
ekvivalentidir. Elektron rəqəmsal imza nəinki informasiya 
göndərənin əsilliyinin müəyyən olunmasına, həm də məlumatın 
tamlığının qorunmasına xidmət edir. 
İnformasiya göndərənin əsilliyinin müəyyən olunması 
üçün, elektron rəqəmsal imzadan istifadə zamanı bağlı və açıq 
açarlar tətbiq olunur. Proses asimmetrik şifrələnməyə oxşayır, 
amma bu halda bağlı açar şifrələmək üçün, açıq açar isə şifrəni 
açmaq üçün istifadə olunur. 
Elektron rəqəmsal imzanın
tətbiq olunma alqoritmi bir 
sıra əməliyyatlardan ibarətdir. 
İki qoşa açar yaradılır: 

1.Açıq və bağlı; 

2.Açıq açar bu işdə maraqlı olan tərəfə (sənədi qəbul 
edən, imzalanmış tərəf) ötürülür; 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 114 ____________________________ 

3.Göndərən informasiyanı bağlı açarın köməyilə şifrələyir 
və onu əlaqə kanalı vasitəsilə qəbul edənə ötürür; 

4.Qəbul edən göndərilən informasiyanı açıq açarın 
köməyilə şifrədən azad edir. 
Açıq açarla şifrələnmiş informasiyanın yalnız bağlı açarın 
köməyilə açılması elektron rəqəmsal imzanın məğzidir. 
Nəzərə almaq lazımdır ki, elektron rəqəmsal imzaların 
əsasını xeş-funksiya təşkil edir. 
Xeş-funksiya - yəni (H) funksiya məlumatın girişində (M) 
ixtiyari uzunluğu qəbul edir, amma çıxışda isə H(M) fiksə 
olunmuş uzunluğa malik qiymət alır. Bu M məlumatın 
xeşi və 
ya 
profili adlanır. 
AÇIQLAMA:
Hashing (bəzən Xeşləmə də adlandırılır) 
ixtiyarı uzunluğa malik olan giriş verilənlər massivinin 
müəyyən alqoritm ilə qeyd edilmiş uzunluqlu çıxış bitlər 
sətrinə çevrilməsidir. Belə çevrilməni həmçinin Xeş – funksiya 
və ya bağlama funksiyası da adlandırırlar. Funksiyanın 
nəticəsini Xeş, Xeş-kod, Xeş-cəm və ya əlaqə məlumatı 
(ingiliscə message digest) adlandırırlar. Müxtəlif xüsusiyyətə 
malik xeş alqoritmləri mövcuddur. 1953-cü ildə Donald Ervin 
Knut ilk dəfə sistem xeşləmə ideyasını təklif edir və bundan 
istifadəni IBM əməkdaşlarına məsləhət bilir. Sonrakı illərdə bu 
ideya ilə digər alimlər də məşğul olur və bu sahəyə öz 
tövhələrini verirlər. 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin