İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 112 ____________________________
Con Şepard-Barron
Ceyms Qudfellou
Nəşr edilmiş məqalərinin birində qeyd edilir ki, 2012-ci
ildə Yaponiyanın The Ogaki Kyoritsu Bankında
müştərinin
övucunun şəkilini dəstəkləməklə işləyən bankomat istifadəyə
verilmişdir.
AÇIQLAMA
:
POS – terminal (ingiliscə Point Of
Sale sözündən yaranmadır və
satış nöqtəsi anlamını verir) –
plastik kartların köməyilə
pulun ödənilməsindən ötrü
yaradılmış elektron proqram-texniki qurğudur. Pos-terminal
tərkibində çip olan kartları, maqnit zolaqlı və kontaktsız
kartları, həmçinin kontaktsız toxunma
prinsipi ilə işləyən
kartları da qəbul edir. Bəzən Pos-terminal kimi xəzinədarın
(kassirin) iş yerində quraşdırılmış proqram-aparat kompleksi
də nəzərdə tutulur. POS-terminal istifadəçi ilə qarşılıqlı
interfeysə malikdir. Bundan istifadə edən alıcı alacağı məhsul
haqqında (onun qiyməti, istifadə müddəti,
istehsal tarixi və
s.) məlumat əldə edə bilir. POS-terminal müəyyən kassa
proqramına uyğun satıla bilər.