İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə75/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 115 ____________________________ 
Donald Ervin Knut (ingiliscə Donald Ervin Knuth) 10 
yanvar 1938-ci ildə Viskonsin ştatının Miluoki şəhərində 
anadan olmuşdur, amerika alimidir, müxtəlif ölkələrdəki (o 
cümlədən 
Sankt-Peterburqdakı 
Dövlət 
Universitetinin) 
Universitetlərin, Stenford Universitetinin professorudur. 
Proqramlaşdırma sahəsində mühazirələr oxuyur (19 
monoqrafiyanın, 160-dan çox elmi məqalənin, çoxlu sayda 
məşhur proqram texnologiyasının müəllifidir), yeni nəsil 
alimlərin yetişməsinə öz tövhələrini verir. Alim alqoritmin 
əsaslarına və hesablama riyaziyyatı üsullarına aid dünya 
şöhrətli, tanınmış seriya kitablar müəllifidir. D.E.Knut 
masaüstü TEX və METAFONT nəşriyyat sisteminin 
yaradıcısıdır.


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 116 ____________________________ 
Bunlarla yanaşı kriptoqrafiyada (əsasəndə elektron 
rəqəmsal imzada) aşağıdakı xüsusiyyətlərə malik olan 
funksiyalardan da istifadə olunur: 
1.
Birtərəflilik. İstənilən xeş üçün h-ı praktiki olaraq 
hesablamaq mümkün deyil və ya x elə seçmək lazımdır ki, H(X) 
= h bərabərliyi yerinə yetsin.
2.
Birinci üslub kolliziyaya görə dayanaqlıq. İstənilən 
məlumat üçün 
x-ı praktiki olaraq hesablamaq mümkün deyil və 
ya başqa bir 
y məlumat seçmək lazımdır ki, H(x)=H(y).
3.
İkinci üslub kolliziyaya görə dayanaqlıq. x və y müxtəlif 
məlumatları üçün elə cütlük seçmək lazımdır ki, praktiki olaraq 
hesablamaq mümkün olmasın və ya bunlar üçün H(x)=H(y). 
Xeş funksiyanın dayanıqlıq kriptoqrafik xüsusiyyəti 
elektron rəqəmsal imzanın etbarlığını təmin etməlidir. 
Doğurdan da, orijinal məlumatın heç olmasa bir simvolu 
dəyişilərsə, onun xeş funksiyası (bu səbəbdən Elektron 
Rəqəmsal İmza da) dəyişəcəkdir, digər tərəfdən bu xeş 
funksiya ilə başqa bir məlumatı seçmək mümkün olmayacaqdır. 
AÇIQLAMA

Kolliziya sözü latın dilindən gəlmədir 
(colloisio) və “toxunma”, bəzəndə qüvvələrin, baxışların, 
maraqların, təçəbbüsün qarşıdurması kimi istifadə edilir. Bu 
zaman yaranan mübarizə həm fiziki, həm də ki, ideya 
səviyyəsində baş verə bilər. Odur ki, əksər hallarda kolliziya 
sözündən bədii ədəbiyyatda pesonajlar arasında yaranmış 
münaqişəni, həmçinin onların idealogiyasını əks etdirmək 
üçün istifadə olunur. Kolliziya termini müxtəlif sahələrdə də 
istifadə edilir. Sözə tikintidə, riyazı modelləşmədə, geologiya 
və hüquqda, sosioligiyada, mamalıqda və hətta informasiya 
texnologiyalarında da rast gəlmək mümkündür. Kolliziya 
sözü istifadə olunma əhəmiyyətinə görə çox qiymətlidir və 
digər sözlər ilə birləşərək müəyyən mənalar kəsb edir.



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin