İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 110 ____________________________
uyğun əməliyyatların yerinə yetirilməsini təsdiqləyən
sənədlərin tərtib olunması və s.) yerinə yetirmək
mümkündür. Bankomatın prototipi 1939-cu ildə amerikalı
alim Lüter Corc Cimçiyan tərəfindən icad olunmuşdur.
İlk hazırlanmış qurğu pulu tələbediciyə nağd şəkildə
verirdi, amma alınmış pulun dəyərini ümumi hesabdan silə
bilmirdi. İlk icad olunmuş qurğu ABŞ–da sınanılır. Lazımı
nəticə əldə edilmədiyi üçün bank qurğudan istifadəni imtina
edir. 30 ildən sonra alim yenidən qurğunu təkmilləşdirir və
1960-cı illərin axırlarında yenidən istifadəyə təklif edir. İlk
bankomat 27 iyun 1967-ci ildə London şəhərinin şimal
hissəsindəki Enfild rayonundakı bankların birində qurulur
(bankomat
Automated Teller Machine (ATM) adlandlrılmışdı).
Qurğunun yaradıcısı şotlandıyalı Con Şepard-Barron idi.
Qurğu De La Rue şirkətinin sifarişi əsasında yaradılmışdı.
Şirkət dünyanın 150-dən çox ölkəsi üçün kağız pulun
hazırlanmasında istifadə olunan qiymətli kağız istehsal edirdi.
Con Şepard-Barronun hazırladığı qurğu pul tələb edən şəxsin
hesabında nə qədər pulun olmasını yoxlaya bilmədiyi üçün
bankirlərin rəğbətini qazana bilmir və ixtiraçı onu digər
məqsəd üçün - şokalad satışı üçün təkmilləşdirir. 1966-cı ildə
şotlandiyalı mühəndis Ceyms Qudfellou gizli 4 rəqəmli kod ilə
mühafizə edilən koda patent alır (Patent bürosu koda “PIN-
kod” adı altında identifikasiya nömrəsi verir). O dövrdən
başlayaraq PIN-kod bank hesablarında geniş istifadə
olunmağa başlanılır.
Bankomatların istifadəsi tədricən həyata keçirdi. 1971-
ci ildə amerikanın 35 bankında bankomatlardan istifadə
edilir. Amerikada bankomatların hər yerə quraşdırılması ilə
məşğul olan Citibank bankıdır (bu hadisə 1972-ci ilə təsadüf
edir).