İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə118/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 180 ____________________________ 
Amerikanın Dövlət Departamentinin kompüterlərinə yoluxur və 
verilənlər bazasını zədələyirdi. Nəticədə ABŞ 
konsulluqları
dünyada 9 saat müddətində viza verilməsi prosesini 
dayandırmalı olur. 
AÇIQLAMA

Konsul – xarici ölkə ərazisində müəyyən 
dairədə (yəni ərazi sahəsində) öz ölkəsinin maraqlarını 
müdafiə edən diplomatdır. Konsul (latınca 
consul) başqa bir 
dövlətin ərazisində (torpağında) yerləşən konsulluq 
ərazisində daimi yaşama yeri olan, dövlət tərəfindən konsul 
funksiyasını yerinə yetirilməsi tapşırılan, konsul vəzifəsinə 
göndərən ölkənin və həmin ölkənin vətəndaşlarının hüquqi 
və iqtisadi maraqlarını müdafiə edən vəzifəli şəxsdir. Konsul 
funksiyasını yerinə yetirən şəxs olduğu dövlət ilə razılıq 
əsasında təmsil etdiyi dövlət tərəfindən xüsusi olaraq 
ayrılmış (və ya tutulmuş) konsulluq idarəsində işləyir 
(yaşayır). 
Konsulluq idarəsinə rəhbərlik dörd sinifə bölünür: Baş 
konsul; Konsul; Vitse-konsul və konsulluğun agenti.
Destruktivlik imkanlarına görə virusları aşağıdakı 
kateqoriyalara bölmək olar: 

Zərərsiz viruslar; 

Təhlükəsiz viruslar; 

Təhlükəli viruslar; 

Çox təhlükəli viruslar. 
Təhlükəsiz viruslar kompüterin işinə demək olar ki, təsir 
göstərmir. Bunlar təkcə özünün çoxalması hesabına diskdəki 
boş yaddaş sahəsinin həcmini azaldır. Təhlükəsiz virusların 
təsiri diskdə olan boş yaddaş sahəsinin qrafik, səs və digər 
effektlərlə azalması ilə məhdudlanır.


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 181 ____________________________ 
Təhlükəli viruslar kompüterin işində fəsadlara səbəb olur. 
Çox 
təhlükəli 
virusların 
alqoritminə 
əvvəlcədən 
proqramların 
itməsinə, 
verilənlərin 
məhv 
edilməsinə, 
kompüterin işi üçün zəruri olan yaddaşın sistem oblastlarına 
yazılan 
informasiyanın 
pozulmasına, 
hətta 
kompüter 
əfsanələrindən birində deyildiyi kimi mexanizmlərin hərəkət 
edən hissələrinin (deyək ki, bəzi vinçester tiplərinin 
başlıqlarının) tez sıradan çıxmasına səbəb olan prosedurlar 
daxildir.
Kompüter viruslarının bəzi tiplərinə məxsusi adlar 
verilmişdir. Belə ki, icra edilən proqramlardakı qeyri-dəqiqlikdən 
və 
onların 
təkmilləşdirilməməsindən 
(məsələn, 
əsas 
proqramdan altproqrama giriş və altproqramdan əsas 
proqrama çıxış zamanı dəyişdirilən ünvanlar) istifadə edən 
viruslar “tələ” adlandırılır.
“Məntiqi bombalar” və ya “gec açılan bombalar” elə 
viruslara deyirlər ki, bunlar destruktiv təsirini həyata keçirmək 
üçün uzun müddət və cürbəcür hazırlıq işləri aparır, sonra 
müəyyən şərtlər kompleksi yerinə yetiriləndə (məsələn, işin 
müəyyən mərhələsi yerinə yetiriləndə, müəyyən edilmiş vaxt 
çatanda, proqrama müəyyən istifadəçi müraciət edəndə və s.) 
işə düşür. Belə viruslar ona görə daha təhlükəlidir ki, onlar 
uzum müddət dağıdıcı iş aparmalarına baxmayaraq praktik 
olaraq ozlərini büruzə vermirlər. Belə viruslar o vaxt aşkar edilir 
ki, əməliyyat sisteminin proqramlarının əksəriyyəti və ya hamısı 
demək olar ki, iş qabiliyyətini itirmiş olur. Beləliklə, kompüter iş 
qabiliyyətini tamamilə itirmiş olur.
Soxulcan-viruslar şəbəkə və ya periferiya qurğularının 
idarə olunmayan əməliyyatları yerinə yetirməsinə (məsələn, 
printerdə kağızın fasilsiz hərəkət etməsinə, əməliyyat 
sisteminin daim yenidən yüklənməsinə və s.) imkan yaradır. 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin