İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 185 ____________________________
Dr.Web şirkətinin rəhbəri İqor
Anatolyeviç Danilov
Qreys Müller Hopper
Müasir virusların əksəriyyəti özündə bu keyfiyyətləri
birləşdirir. Buna misal SoBig virusunu göstərmək olar.
Virus
2003-cü ilin avqustunda elektron poçtla göndərilən məktubların
təxminən 30%-ni yoluxdurmuşdu.
Aşağıda kompüter istifadəçiləri üçün maraqlı olan
viruslarln yaranma xronologiyası verilir.
1945-ci il.
Terminin yaranması. ABŞ Hərbi Dəniz Donanmasınin vitse-
admiralı, hərbi-dəniz ştabının informasiya şöbəsinin rəhbəri
Qreys Müller Hopper (Grace Murray Hopper)
elektron-
hesablayıcı maşının (müasir kompüterin prototipinin) nasaz
işlədiyini aşkar edir.
Relelərdən birinə pərvanə (kəpənək) düşmüşdü. Bu
problemi admiral “böcək” (bug) adlandırır (Admiral XIX əsrin
sonlarında ABŞ və Böyük Britaniya
fiziklərinin elektrik
qurğularındakı ixtiyari nasazlıqları ifadə etmək üçün işlətdiyi
“böcək” terminindən istifadə etmişdi). Admiral həm də ilk dəfə
“böcəkdən xilas olmaq” (debugging) terminindən istifadə
etmişdi.