İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 186 ____________________________
Bu termin hal-hazırda kompüterdəki nasazlıqları aradan
qaldırmaqla bağlı işləri ifadə edir.
1949-cu il. Milliyyətcə macar olan amerika alimi Con fon Neyman
(John von Naumann) özütörəyən proqramların yaradılmasının
riyazi nəzəriyyəsini işləyib hazırladı. Bu, kompüter virusu
yaratmaq üçün hazırlanan ilk nəzəriyyə idi (bu, o dövrdə elmi
ictimaiyyətin ciddi marağına səbəb olmamışdı).
1950-ci il. Bell şirkətinin tədqiqat bölməsinin riyaziyyatçı əməkdaşları
oyun düzəltdilər. Bu oyun iki rəqibin kompüter sahəsini ələ
keçirmək uğrunda mübarizəsini təsvir edirdi. Bu oyun virusların
əcdadı oldu.
1960-cı illərin sonu. İlk virusların peyda olması. Bir sıra hallarda bunlar
proqramlardakı səhvlərlə bağlı idi. Belə ki, bəzi proqramlar
səhvən özünü nüsxələşdirib yaddaşı (vinçesteri) doldururdu.
Nəticədə kompüterin məhsuldarlığı aşağı düşürdü. Lakin çox
hallarda viruslar bilərəkdən pozuculuq üçün yaradılırdı. Çox
güman ki, gerçək virusun ilk qurbanı əyləncə üçün yazılmış
proqram idi ki, bunun da qurbanı Univac 1108 kompüteri
olmuşdur. Bu virus Pervading Animal adlanırdı və hansı
kompüterdə yaradılmışdısa, həmin kompüteri sıradan
çıxarmışdı.
1975-ci il. Telnet şəbəkəsi vasitəsilə tarixdə ilk şəbəkə virusu The
Creeper yayıldı. Bu virusa qarşı ilk antivirus olan The Reeper
yaradıldı.
1979-cu il. Xerox şirkətinin tədqiqat mərkəzinin mühəndisləri ilk
kompüter “qurdu” (worm) yaratdılar.
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 187 ____________________________
1981-ci il. Elk Cloner virusu Apple kompüterlərini yoluxdurdu. Bu
virus “oğurluq” kompüter oyunları ilə yayılmışdı.