İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 189 ____________________________
SatanBug virusu ABŞ-ın paytaxtı
Vaşinqtonda yüzlərlə
kompüteri yoluxdurur. Hətta Ağ Evin kompüterləri virusa
yoluxmuşdu. Federal Təhlükəsizlik Bürosu 12 yaşlı
yeniyetmə
müəllifi həbs edir.
Görkəmli şəxsiyyətlərin adları ilə bağlı olan, müəyyən
tarixdə aktivləşən viruslar da peyda oldu.
Bu tarix Mao Dze
Dunun təvəllüd tarixi, Yeni il günü və i.a. ola bilərdi.
Bu tip
virus ilk dəfə The New York Times qəzetini hədəfə aldı və
qəzetə böyük məbləğdə ziyan vurdu.
1994-cü il.
Böyük Britaniyada, ABŞ-da, Norveçdə bir-sıra
virus
müəllifləri həbs edildi.
1995-ci il.
Microsoft
korporasiyası
Windows-95-in beta-versiyasını
virusa yoluxmuş disketlərdə dünyaya yaydı. Müəyyən
proqramların proqram platformalarını dağıtmağa hesablanmış
makroviruslar meydana çıxdı. Concept adlı makrovirus
Microsoft Word proqramını zədələdi.
AÇIQLAMA
:
İlk
korporasiya
Qədim Romada
yaradılmışdır. Respublika dövründə bir neçə korporasiya
yaratmağa icazə verilir. Korporasiyanın yaradılmasına
qoyulan tələb ondan ibarət idi ki, onun nizamnaməsi qanuna
zidd olmasın. İmperiya yaradılan zaman isə yeni korporasiya
yaratmaq həddindən artıq
çətinləşir, çünki korporasiyanın
yaradılması üçün mütləq senatın icazəsi olmalı idi.
Korporasiyanın işini onun seçilmiş üzvü yerinə yetirə bilərdi.
Əgər korporasiya ləğv edilirdisə,
onda ona məxsus olanlar
onun üzvləri arasında bərabər bölünürdü.
Dünyada yaradılmış ən qədim tarixə malik olan
korporasiya
İsveçrənin
Falun
şəhərindəki
Stora