İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 192 ____________________________
2002-ci il.
İlk dəfə virus müəllifi həbsxanaya düşdü.
Melissa
virusunun müəllifi 33 yaşlı proqramçı Devid Smit 20 aylıq həbs
cəzası aldı.
İlk dəfə virus Ümumdünya Şəbəkəsinin fəaliyyətini təmin
edən 13 İnternet-server qovşağını yoluxdurdu.
Analitiklər
təsdiq edirlər ki, yaxşı təşkil edilmiş
və həyata keçirilmiş
kompüter hücumu bir həftəyə İnterneti məhv edə bilər.
2003-cü il.
Yayılma sürəti rekordunu Slammer adlı “qurd” qırdı. Belə
ki, 10 dəqiqə ərzində 75 min kompüter virusdan
“xəstələnmişdi”. Virus ABŞ-ın
Dövlət Departamentinin
kompüterlərini zədələyərək verilənlər bazasını dağıtmışdı. ABŞ
konsulluğu bu səbəbdən bütün dünyaya viza verilişini 9 saat
dayandırmaq məcburiyyətində qalmışdı.
İlk dəfə virus müəllifi Avropada həbsxanaya salındı. Bu,
22 yaşlı Saymon Vellor idi. Böyük Britaniya məhkəməsi onu
Gokar, Redesi və Admirer viruslarını yaratdığına görə 2 il həbs
cəzası ilə cəzalandırmışdı. Bu viruslar 42 ölkənin 27 min
kompüterini yoluxdurmuşdu.
Beləliklə, kompüter viruslarının inkişafı
tarixi daha çox
qızğın silahlanmanı yada salır. Əvvəlcə ziyanverici proqram,
sonra isə ondan müdafiə proqramı əmələ gəlir. Bu spiralvari
inkişaf nəticəsində viruslar
sadə proqramlardan mürəkkəb
komplekslərə - öz pozucu fəaliyyətlərini gizlədə bilən,
kriptoqrafik və şəbəkə texnologiyalarından
istifadə edərək
gözəgörünməz ziyankarlara çevrilirlər.
Paralel olaraq antivirus vasitələri də inkişaf etdi.
İlk antiviruslar primitiv utilitlər olub, fayllarda olan məlum
siqnatura (göstəriş, təlimat) üzrə axtarış aparıb faylı həmin
siqnaturadan təmizləyirdi. İndiki
antiviruslar isə müxtəlif