İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə128/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 195 ____________________________ 
1992-ci il, iyulun 5-də IBM PC üçün ilk virus kodu 
konstruktoru – VCL (Virus Creation Laboratory) yarandı. Bu da 
virus istehsalının avtomatlaşdırılması demək idi. Bu konsrtuktor 
10-15 dəqiqə ərzində 30-40 müxtəlif virus istehsal etmək 
iqtidarında idi. 
 
TƏHLÜKƏSİZLİYƏ QARŞI VİRUS 
HƏDƏLƏRİNİN TİPLƏRİ 
Antivirus təhlükəsizliyinə qarşı virus hədələrinin əsas 
növləri ziyankar proqram təminatlarının müxtəlif tipləri ilə 
reallaşdırılır. Ziyankar proqram təminatı dedikdə, kompüter 
virusları və “troya atı”, adware, spyware və s. tipli proqramlar 
nəzərdə tutulur. 
Virus – kompüter mühitində sərbəst surətdə yayıla bilən 
xüsusi hazırlanmış proqram kodudur. Hal-hazırda virusların 
aşağıdakı tipləri fərqləndirilir: fayl virusları, yükləyici viruslar
“şəbəkə qurdları”, bədənsiz viruslar və həmçinin kombinə 
edilmiş viruslar. Bu virus tiplərinin hər biri daşıyıcı növünə və 
yayılma (yoluxma) metoduna görə bir-birindən fərqlənir.
“Troya atı” tipli proqram da ziyankar proqram kodu olsa 
da viruslardan fərqli olaraq sərbəst surətdə yayıla bilmir. Bu 
proqram kodu sistemin ştatda olan proqram təminatı altında 
gizlənərək məsafədən icazəsiz müdaxilə imkanı yarada bilir. 
Yəni “troya atı” hansı kompüterə qurulursa, həmin 
kompüterdəki istənilən informasiyanı oğurlamaq imkanı yaradır.
Spyware tipli ziyankar proqram təminatı istifadəçinin 
gördüyü iş barədə informasiya toplamaq üçün nəzərdə 
tutulmuşdur. Belə informasiyaya nümunə olaraq istifadəçinin 
müraciət etdiyi İnternet saytlarının siyahısı, onun işçi 
stansiyasında qurulmuş proqramların siyahısı, elektron poçtla 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 196 ____________________________ 
ötürülən məlumatların məzmunu və s. göstərilə bilər. Toplanan 
informasiya spyware proqramları ilə əvvəlcədən təyin edilmiş 
ünvana ötürülür. 
Beləliklə, spyware proqram təminatı potensial olaraq 
məxfi informasiyanın sızması kanalı kimi işləyir. 
Adware 
proqram 
təminatı 
istifadəçilərin 
işçi 
stansiyalarında reklamların görünməsini təmin etmək üçün 
nəzərdə tutulmuşdur. Bu proqram təminatı bilavasitə ziyankar 
olmasa da, spyware proqram təminatının ziyankar əməllər 
törətməsi üçün şərait yarada bilir. 
Bir qayda olaraq, virus hədələri öz həyat tsiklinin 
(dövrünün) 4 mərhələsinin birində ola bilir. 
Birinci mərhələ sistemin zəif yerinin təyin edilməsidir. Zəif 
yer həm təşkilati-hüquqi, həm də proqram-aparat təminatı ilə 
bağlı ola biləndir. 
İkinci mərhələ sistemin zəif yerindən virus hücumu üçün 
istifadə edilməsidir. Bu mərhələdə virus 
host
lardan birini 
yoluxdurur. 
Üçüncü mərhələ virusun işə başlamasıdır. Bu mərhələdə 
hədəf kompüter arzuolunmaz davranışlara başlayır. 
Dördüncü 
mərhələ 
virusun 
kompüter 
mühitində 
yayılmasıdır. Bu mərhələdə növbəti kompüterin zəif yeri təyin 
edilir və yuxarıdakı mərhələlər növbəti kompüterdə həyata 
keçirilir. 
AÇIQLAMA
:
Hostinq (ingiliscə hosting) informasiyanı 
daim şəbəkəyə qoşulmuş serverdə (adətən İnternetdə) 
yerləşdirmək üçün nəzərdə tutlan xidmətlərin təqdim olunma 
resurslarıdır. Adətən hostinq sayta göstərilən xidmət paketinə 
daxil olur və serverdə yerləşmiş sayt fayllarına minimum 
xidmət göstərir. 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin