İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə131/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 201 ____________________________ 
qorunmasının 
proqram 
metodu 
deyəndə 
antivirus 
proqramlarından istifadə edilməsi nəzərdə tutulur. 
1974-cü ildə ARPANET şəbəkəsinin kommersiya variantı 
olan Telnet şəbəkəsi yaradılır. Bu şəbəkə yaradılandan sonra 
kompüter virusları tarixində ilk dəfə 1975-ci ildə The Creeper 
adlanan şəbəkə virusu yayılmağa başlayır. Virusun müəllifi BBN 
(Bolt Beranek and Newman) kompaniyasının əməkdaşı Bob 
Tomas olmuşdur. Proqram yerini serverlər arasında müstəqil 
dəyişə bilirdi. Kompüterə daxil olandan sonra ekrana “I'M THE 
CREEPER... 
CATCH 
ME 
IF 
YOU 
CAN” 
(“Mən 
Kriperəm...bacarsan məni tut”) məlumatı çap edilirdi. Mahiyyət 
etibarilə bu proqram virus deyildi. Ona görə ki, nə destruktiv, 
nə də casus xarakterli əməliyyatlar yerinə yetirilmirdi.
1975-ci ili antivirus proqramlarının yaradılması tarixi kimi 
də xarakterizə etmək olar. Belə ki, həmin ildə BBN 
kompaniyasının digər əməkdaşı Rem Tomlinson The Creeper 
virusunun təsirini aradan qaldırmaq üçün nəzərdə tutulan The 
Reepet adlanan xüsusi antivirus proqramı yazır. Proqram virusu 
tapan kimi onun fəaliyyətini dayandırırdı.
Həmin vaxtdan etibarən kompüter virusları və antivirus 
vasitələri arasında belə demək caizsə, silahlı qarşıdurma və ya 
yarış davam edir. 
1980-cı ilin fevralında Dortmund universitetinin tələbəsi 
Yurgen Kraus “Özüçoxalan proqramlar” mövzusunda diplom işi 
yazır. 
Bu diplom işində nəzəri mülahizələrlə bahəm ciddi 
özüçoxalan proqramların mətni də verilmışdi. Əslində bu 
proqramlar Siemens kompüterlər üçün virus proqramlar deyildi. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 202 ____________________________ 
Yurgen Kraus 
AÇIQLAMA
: Bəzi texniki ədəbiyyatlarda ilk kompüter 
viruslarının yaradılmasını səhv olaraq 1970-ci illərə, hətta 
1960-cı illərə aid edirlər. 
Belə yazılarda adətən Animal, Creeper, Cookie Monstr və 
Xerox worm kimi proqramlar virus proqramları kimi təqdim 
edilir. 
Fərdi kompüterlər üçün ilk məşhur viruslar Virus 1,2,3 və 
Elk Cloner proqramları hesab edilir. Bu virusların hər ikisi 
funksionallığına görə çox oxşar idi və bir-birindən aslı olmadan 
kiçik vaxt fərqi ilə 1981-ci ildə yaradılmışdı.



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin