İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 198 ____________________________
aradan qaldırmağı bacarmırlar. Antivirus vasitələri virus
hücumu nəticələrini aradan qaldırmaq
üçün funksional
imkanlara malik deyildirlər.
AÇIQLAMA
:
Siqnatura (latınca signatura – işarə etmə,
qeyd etmə, nişanlama, göstərilmə, işarə edilmə və s.
anlamlarını verir). Funksiyanın suqnaturası proqramlaşdır-
mada funksiyanın müəyyən xarakteristikasının hissəsidir.
Siqnatur
hücum
kompüter
virusunun
xarakteristik
xüsusiyyətidir.
Ziyanverici koda qarşı müdafiə
məsələsinə digər geniş
yayılmış yanaşma növü yalnız bir antivirus istehsalçısının
məhsullarına etibar etməkdir. Əgər hər hansı səbəbdən həmin
antivirus istehsalçısı yeni virus istehsalından geri qalarsa,
külli
miqdarda kompüter müdafiəsiz qala bilər. Antivirus istehsal
edən şirkətlərin yeni virusa reaksiya müddəti fərqli
olduğundan,
daha cəld istehsalçıya müraciət edilməsi motivasiyasının
mövcudluğu bu sahədə güclü rəqabət mühiti yaratmaqla
situasiyanın daim dəyişməsinə səbəb olur.
Bütün bu deyilənlər virus hücumlarından qorunmaq üçün
kompleks yanaşma tələb olunduğunu ön plana keçirir.
Virus hücumundan kompleks müdafiənin təşkilati, hüquqi,
kadr, texniki, texnoloji, proqram və s. tərəfləri vardır.
Təşkilati aspekt virus hücumuna qarşı sistemin zəif yerini
aşkarlayıb ləğv etməlidir. Bu, virus hücumunun mümkün olması
ehtimalını aradan qaldırır.
Antivirus təhlükəsizliyinin
təmin edilməsində normativ-
metodiki, texnoloji və kadr təminatları mühüm rol oynayır.
Normativ-metodiki təminat nəzərdə tutmalıdır ki, virus
hücumlarından müdafiə sahəsində balanslaşdırılmış
hüquqi