İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 204 ____________________________
Koreya, Niderland, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və
Kanadada nümayəndəlikləri var. Kampaniya özünün partnyorlar
(tərəfdaşlar) şəbəkəsində dünyanın 60-dan çox ölkəsində
yerləşən 500-dən çox kompaniyanı birləşdirir.
“Kasperskinin Laboratoriyası” kompüter viruslarından,
spamlardan və xaker hücumlarından müdafiə sistemlərinin
yaradılması üzrə ixtisaslaşmışdır. Bu kompaniya İnternetlə
yayılan təhlükələrdən informasiyanın müdafiə edilməsi üçün
tətbiq edilən proqram təminatının satışından əldə edilən gəlirin
həcminə görə dünya üzrə beş aparıcı kompaniyadan biridir.
Kompaniya genişlənir və inkişaf edir. Bu laboratoriyanın təkcə
Moskva ofisində çalışan əməkdaşlarının sayı 1500-dən,
əməkdaşlarının ümumi sayı isə 2500-dən çoxdur.
Kasperskinin laboratoriyası həm adi, həm də ixtiyari
miqyasa malik olan korporativ şəbəkələrdə informasiyanın
təhlükəsizliyini təmin edən proqram təminatı hazırlayır.
Kompaniyanın məhsullarından Windows, Linux, Mac və s. kimi
populyar əməliyyat sistemlərində də istifadə edilir. Kasperskinin
antivirus proqramının nüvəsindən Microsoft (ABŞ), Cheek Point
Softwre Texnologies (İsrail, ABŞ), Juniper (ABŞ), Nokia İCG
(ABŞ), F-Secure (Finlandiya), Aladdin (İsrail), Subari (ABŞ),
Deerfield (ABŞ), Alt-N (ABŞ), Microworld (Hindistan),
BorderWare (Kanada) və s. kompaniyalar öz məhsullarının
hazırlanmasında istifadə edirlər. “Kasperskinin Laboratoriyası”
kompaniyasının məhsulları Microsoft, IBM, Intel, Cisco
Systems, Red Hat, Citrix Systems, Novell və s. kimi dünyanın
aparıcı aparat və proqram təminatı istehsalçılarının
sertifikatlarını almışdır.
1990-ci illərin əvvəllərinə kimi antivirus proqramları virus
kodunun nümunələrindən (onlarla siqnaturadan) ibarət olurdu.
1992-ci ildə polimorf kod generatoru MtE meydana gələndən