İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 276 ____________________________
bütün xüsusiyyətləri əhatə edir. Nəzərə almaq lazımdır ki,
sistemin təhlükəsizliyi effektiv nəticə verən siyasət olmadan
yaradıla bilməz.
Subyektlərin informasiya baxımından müdafiə maraqlarını
müxtəlif səviyyələrdə birləşdirmək zəruridir:
Qanunvericilik (standartlar, qanunlar, normativ aktlar və
buna bənzərlər);
Administrativ-təşkilatı (ümumi xarakterli fəaliyyət,
təşkilatın rəhbərliyi tərəfindən qəbul edilənlər, insanlarla
bağlı olan konkret təklükəsizlik tədbirləri);
Proqram-texniki tədbirlər.
Qanunvericilik səviyyəsində tədbirlər informasiyanın
təhlükəsizliyi
üçün
çox
vacibdir.
Bura
informasiya
təhlükəsizliyinə qarşı neqativ halları yaradanlara və nizam-
intizamı pozanlara qarşı cəmiyyətdə həyata keçirilən və hamı
tərəfindən dəstəklənən kompleks tədbirlər daxildir.
İnformasiya təhlükəsizliyi – bu fəaliyyətin yeni növüdür,
burada təkcə qadağa qoymaq və ya cəzalandırmaq, həmçinin
öyrətmək, başa salmaq, kömək etmək və sair bu kimi
tədbirlərin həyata keçirilməsi əsas sayılır. Cəmiyyət problemi
başa düşməli, onun aradan qaldırılması üçün yerinə yetiriləcək
tədbirləri dəstəkləməlidir. Dövlət belə tədbirləri optimal şəkildə
həyata keçirir. Burada çoxlu məbləğdə maddi yatırımların
yerinə yetirilməsi deyil, əsas məsələ intellektual səviyyənin
yüksəldilməsidir.
Administrativ-təşkilatı səviyyədə tədbirlər. Təşkilatın
rəhbərliyi təhlükəsizlik rejimini dəstəkləməli və bunun həyata
keçirilməsi üçün lazımi resurslar ayırmalıdır.
Administrativ-
təşkilatı səviyyədə tədbirlərin əsası təhlükəsizlik siyasəti və
təşkilatı tədbirlər kompleksidir. Kompleksə insanlar tərəfindən