İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 364 ____________________________
Şəbəkədə qurğuların qarşılıqlı
əlaqəsini təmin etməkdən
ötrü onlar üçün
start konfiqurasiyası (xarici görünüşü)
“yaradırlar” və ümumi halda rabitə kanalından istifadə
etməməklə “çatdırılar”. Start konfiqurasiyası qurğuların mərkəzi
idarəedilməsini sazlamaq üçün lazım olan qaydalardır -
qurğuların start təhlükəsizlik siyasətidir.
Qlobal təhlükəsizlik siyasəti şəbəkədə qarşılıqlı əlaqə kimi,
həm də ki, sistemin özünü idarəetməsi və nəzarət funksiyası
kimi yayıla bilər.
Qlobal
təhlükəsizlik
siyasəti
şəbəkə
miqyasında
təhlükəsizlik
siyasətinin tam şəkildə
məntiqi və
semantik
izahıdır. Bununda əsasında ayrı-ayrı qurğuların təhlükəsizlik
siyasəti qurula bilər.
AÇIQLAMA
:
Semantika
yunanca
qeyd etmə,
göstərmə, işarə etmə anlamını verir və məna baxımından
danışıq dilinin ölçülməsinin qiymətini öyrənir. Bu məqsədlə
ləvazımat kimi semantik təhlildən istifadə edilir.
XIX əsrin
sonu, XX əsrin əvəllərində semantikanı bir çox hallarda
semasiologiya (yunanca
işarə, göstəriş) adlandırırdılar.
Semantika ilə məşğul olan alimləri də indiki zamanda
semasioloqlar adlandırırlar. Əksər
sinif dil vahidlərinin
qiymətlərini (məsələn, “hərəkət feillərinin semantikası”)
semantika ilə işarələyirlər.
Semantik problemlər uzaq keçmişdə fəlsəfi mənada
araşdırılırdı. Termin fransız dilşunası (linqvisti) Mişel Breal
(1832-1915) tərəfindən elmə daxil edilmişdir. 1910-1920-ci
illərdə semantika məsələlərinin
öyrənilməsi bir çox
mütəxəssisləri özünə cəlb etmişdir.