İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 82 ____________________________
Differensial kriptitəhlil. Kriptotəhlil seçilmiş mətn ilə
həyata keçirilir. Müasir simmetrik
şifrələmə alqoritminin
sıdırılmasında istifadə edilir, bu zaman mətn ardıcıl
olaraq bir
neçə çevrilmə ranudundan keçir. Üsul iki mətn arasında olan
oxşarlığın dəyişilməsinin izlənməsinə əsaslanır.
Xətti
kriptotəhlil.
Simmetrik
blok
şifrələrinin
sındıdılmasında istifadə olunur. Kriptotəhlilin əsasını xətti
yaxınlaşma anlamı təşkil edir.
SİMMETRİK ALQORİTMLƏRİN PROBLEMLƏRİ
Bütün simmetrik alqoritmlər ümumi bir problemə malikdir,
yəni məlumatı göndərən və
qəbul edən eyni bir açardan
istifadə etməlidir. Bununla yanaşı nəzərə alınır ki, onların
etibarlı əlaqə kanalları yoxdur, əks halda məlumatı şifrələməyə
ehtiyac olmazdı.
Yüz il bundan əvvəl bu problem sadə şəkildə həll edilirdi,
məlumatı göndərən şəxs ilə qəbul edən şəxs üzbə-üz
görüşərdilər. İndiki zamanda bu mümkün deyil. Bu baxımdan
müxtəlif ölkələrdə yaşayan işgüzar tərəfdaşlar məlumatın
konfidensiallığına çalışırlar.
İnternet-bankinq işgüzar
insana mənzilindən və ya
ofisindən kanara çıxmadan ona məxsus bank hesablarının idarə
edilməsini, müştərilər ilə əməkdaşlığı yerinə yetirməyə və s.
həyata keçirməyə imkan verir. Şifrələnmiş açarlardan istifadə
edənlər
şifrələri mütamadi dəyişir, bununla da şifrələmənin
etibarlığını tutarlı səviyyədə artırırlar.
Deməli,
simmetrik şifrələmə üçün
açarların dəyişilmə
problemi xarakterikdir. İndiki
zamanda müəyyən sayda
üsulların köməyilə bu problemi aradan qaldırmaq mümkündür.