İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə51/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 77 ____________________________ 
uzunluğa malik 16 dövrlü (raundlu) və açarlı Feystel 
şəbəkəsi təşkil edir. Alqoritm xətti və qeyrixətti çevrilmələrin 
kombinasiyası üçün istifadə edilir. 1972-ci ildə ABŞ 
hökumətinin kompüter təhlükəsizliyinə olan ehtiyacı 
araşdırılır. Amerika “Milli Standartlar Bürosu” (indiki zamanda 
NIST adlanır) ümumi hökumət standartında qeyri-tənqidilik 
informasiyasının 
şifrələnməsini 
müəyyənləşdirir. 
Milli 
Standartlar Bürosu Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə 
apadığı məsləhətləşmə nəticəsində belə qərara gəlir ki, şifrin 
yaradılması üçün müsabiqə elan etsin. Müsabiqənin 15 may 
1973-cü ildə başlaması nəzərdə tutulur. IBM firmasi 
müsabiqəyə “Lüsifer” adlı şifrəni təqdim edir

Müsabiqəyə 
təqdim olunan bütün şifrələrin heç biri müsabiqənin 
tələblərini ödəmir. 1973-1974-cü illərdə IBM firması 
H.Feystelin alqoritminə əsaslanaraq yeni şifrəni müsabiqəyə 
təqdim edir (şifrə yenə də “Lüsifer” adlandırılmışdı). Bu dəfə 
təqdim edilən şifrə juri tərəfindən qəbul edilir. 17 may 1975-
ci ildə DES alqoritmi “Federal reyestr” tərəfindən nəşr edilir. 
DES alqoritmini həddindən artıq uzun müddətə və böyük 
xərc tələb etməklə “sındırmaq” mümkün idi. Bunun nəticəsidir ki, 
DES alqoritmi nəhayət ki, 39 gün ərzində on minlərlə 
kompüterdən ibarət şəbəkənin köməyilə “sındırılır”. İnternet 
şəbəkəsində şəxslərə məxsus gizli məlumatlar və informasiya 
təhlükəsizliyi ilə məşğul olan “EFF” ictimai təşkilatı bu problemi 
araşdırmaq üçün dəyəri 25 000 dollar olan kompüter yaradır və 
1988-ci ildə DES üsulu ilə şifrələnmiş verilənləri üç gün ərzində 56 
bitlik açardan istifadə etməklə şifrədən azad edə bilir. 
Superkompüter “EFF DES Cracker” adlandırılır. Sonrakı illərdə RSA 
Laboratory apardığı təcrübələrə əsaslanaraq daha güclü kodların 
da açılmasının mümkünlüyünü sübut edir. Aşağıda
şifrənin 
açılmasını əks etdirən sxem verilmişdir. 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin