İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 73 ____________________________
blokların şifrələnməsi üçün istifadə olunur. İxtiyari mətni
şifrələmək üçün onu bloklara bölmək, sonra isə hər bir bloku
ayrıca şifrələmək lazımdır. İstər Feystel şifrəsi, istərsə də bütün
müasir alqoritmlər ikilik alqoritm ilə işləyirlər (burada açıq və
şifrələnmiş mətn bitlər ardıcıllığı ilə təqdim edilir).
Qeyd etmək lazımdır ki, alqoritmlər Elektron Hesablama
Maşınlarında şifrələmə əməliyyatlarını həyata keçirmək üçün
istifadə olunurlar.
Şifrələmə alqoritminin girişinə açıq mətnin bloku verilir
(blok 21 cüt uzunluğa və
K açarına malikdir). Blok iki bərabər
hissəyə bölünür – sağ R0 və sol L0. Sonra bu hissələr m
raundlu təhlilə məruz qalırlar, sonra yenidən şifrələnmiş
mətndə birləşirlər.
Hər bir i-ci raund K ümumi açarına əsaslanan generasiya
olunmuş K
i
altaçarından ibarətidr. K
i
altaçarı bir para F
i
çevirmə
açarından asılı olan R
i
blokuna tətbiq olunur. Nəticə
XOR əməliyyatının (“VƏ YA” məntiqi əməliyyatı müstəsna
olmaqla) köməyilə L
i
bolku ilə üst-üstə yığılır (cəmlənir) və
nəticədə R
i+1
bloku alınır. R
i
bloku dəyişmədən L
i+1
blokunun
yerinə götürülür.
Deşifrələmə əməliyyatı prinsipcə şifrələmə əməliyyatından
fərqlənmir. Deşifrələmə əməliyyatında girişə deşifrə olunmuş
mətn verilir, K
i
açarı isə əks qaydada (ardıcıllıqla) hesablanır.
AÇIQLAMA: XOR məntiq əməliyyatı “VƏ YA” məntiqi
əməliyyatının istisna edilməsi, əksi kimi qəbul edilir.
Faystel alqoritminin strukturundan istifadə edən müxtəlif
alqoritmlər aşağıdakı paramterlərinə görə bir-birindən
fərqlənirlər: