İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə59/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 91 ____________________________ 
Avropada Alkindus kimi tanıyırlar. 
əl-Kindi islam aləmində Aristotelin əsərlərinə müraciət 
edən ilk alimdir. Aristotelin əsərlərindən qaynaqlanan alim 
peripatetizmin (materializm ilə idealizm arasında tərəddüd 
edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) əsasını 
qoyur. Bu ərəfədə alim “Aristotel əsərlərinin xülasəsi”, “Beş 
mahiyyət haqqında”, “Yaranmanın və məhv olmanın əsas 
səbəbləri”, “Əşyaların müəyyən edilməsi və təsvir edilməsi” 
əsərlərini yazır. 
Aristotelin əsərlərini təhlil edən alim belə nəticəyə gəlir 
ki, “qədim (köhnə) heç bir zaman mövcud olmayan ola 
bilməz”. Köhnənin var olması heç bir şeydən asılı deyil, əgər 
onun məhv olması üçün bir səbəb yoxdursa, o, məhv 
olmayacaq və dəyişməyəcək, çünki o cisim deyil. Alim 
kəmiyyətin keyfiyyətə keçməsində əvvəli olmayanları 
materiya adlandırır. Bununla yanaşı alim qeyd edir ki, əsası 
və atributu olmayan (fəlsəfədə substansiyanın ayrılmaz 
xüsusiyyəti, ayrılmaz cəhəti, məsələn, hərəkət materiyanın 
atributudur), səbəbsiz, əsli olmayan, vaxtından qabaq 
dəyişməyən, bütün bunları insan düşüncəsi anlaya bilməz
bunlar tədqiqat obyekti ola bilməz, deməli fəlsəfə 
mövzusuda ola bilməz, çünki fəlsəfə ancaq olanların təbiətini 
dərk edə bilir.
əl-Kindi 
“Hind 
cəbrinin 
tətbiqi”, 
“Ədədlərin 
harmoniyası”, “Rəqəmlər baxımından vahidlik”, “Bərabəryanlı 
çoxbucaqlılar”, “Dairənin iki nöqtəsini birləşdirən düz xəttin – 
xordanın təxmini hesablaması”, “İzoperimetrik məsələlər 
haqqında”, “Sonsuz ədədlərin və paralel xətlərin bölünməsi 
haqqında”, “Kriptoqrafik 
məlumatların 
deşifrələnməsi 
haqqında”, “Kürə daxilində qurulanlar haqqında”, “Kürənin 
müstəvi üzərində layihələnməsi haqqında”, “Günəş 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin