İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 104 ____________________________
Elektron imza faylda baş verə biləcək xətaların qarşının
alınması üçün təhlükəsizliyi müəyyənləşdirən elektron
işarəsidir. Elektron işarə faylı yaradanı yoxlamağa və müəyyən
etməyə imkan verir. Elektron işarə fayla rəqəmsal imza əlavə
edildikdən sonra onda baş vermiş dəyişikliyi müəyyən edir.
Elektron imzanın müxtəlif növləri mövcuddur.
1.
Birləşdirilmiş elektron imza. Birləşdirilmiş
elektron imza
yaradılan zaman elektron imzanın yeni faylı yaradılır və bu
faylın daxilinə imzalanacaq faylın verilənləri yerləşdiriılir. Bu
proses hazırlanmış sənədin konvertə (zərfə) qoyulduqdan sonra
zərfin
(konvertin)
möhürlənməsinə
bənzəyir.
Sənədi
konvertdən çıxaran zaman onun
möhürləndiyinə əmin olmaq
lazımdır. Birləşdirilmış elektron imzanın üstünlüyünə imzalanmış
sənədin sonrakı mərhələdə istifadəsi zamanı
manipulyasiya
(yeni-latın dilində manus - əl, pellere – itələmək, vurmaq,
hərəkətə gətirmək sözlərindən törəmədir) olunmasının
sadəliyini aid etmək olar. Yəni həmin sənədin üzünü çıxarmaq,
harasa göndərmək və s. əməliyyatları yerinə yetirmək olar.
2.
Ayrılmış elektron imza. Ayrılmış
imza yaradan zaman
imza faylı ayrıca imzalanmış fayldan yaradılır, bu zaman
imzalanmış fayl heç cür dəyişikliyə uğramır. İmzanı yoxlamaq
üçün elektron imzalı fayldan istifadə etmək lazımdır. Ayrılmış
elektron imzanın çatışmazlığı imzalanmış informasiyanın bir
neşə fayl (imzalanmış fayl kimi və ya bir və ya bir neçə imzalı
fayl şəkilində) şəkilində saxlanılmasıdır.
Sonuncu vəziyyət
imzanın qəbul edilməsini çətinləşdirir, çünki istənilən
manipulyasiya əməliyyatında verilənlərin surətinin çəkilməsi və
asılı olmayan faylların ötürülməsi tələb edilir.
3.
Verilənlərin daxilində elektron imza.
Belə şəkildə
imzanın tətbiq edilməsi istifadə olunan əlavələrdən asılıdır
(məsələn, elektron imza Microsoft Word və ya Acrobat Reader