İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 10 ____________________________
tibbi qeydlər, sığorta ilə bağlı yazılar, yeni istehsal olunacaq
məhsul haqqında xüsusi məlumatlar və s.). Bəzi hallarda
konkret şəxslər barədə olan məlumatlarda da konfidensiallığı
saxlamaq lazımdır (məsələn, bankın müştərisi haqqında
informasiyanı, kredit verənlər haqqında, vergi haqqında
verilənləri, tibbi müəssisələrdə pasientlərin vəziyyəti haqqında
məlumatları və buna bənzərləri).
İnformasiyanın tamlığı onun təhrif olunmamış şəkildə
saxlanma bacarığını (qabiliyyətini) müəyyənləşdirir. Səlahiyyəti
olmayan, qabaqcadan nəzərdə tutulmamış istifadəçi tərəfindən
informasiyanın itirilməsi (operatorun səhvi və ya səlahiyyətsiz
şəxsin qəsddən etdiyi hərəkət nəticəsində) onun tamlığının
itirilməsinə səbəb olur. Tamlıq əsasən kritik infrastruktura malik
obyektlərin müəyyən fuksiyanı yerinə yetirməsində yararlı olan
maliyyə verilənləri üçün xüsusilə vacibdir (məsələn, enerji
təminatında, hava yollarının idarə edilməsində və s.).
Pisniyyətli şəxsin İsveçrədə yerləşən nüvə fizikası
laboratoriyasına gizli yolla daxil olaraq kompüter sisteminə
daxil olması və
“
”
ədədində bir işarənin və ya vergülün
yerinə dəyişməsi laboratoriyada həyata keçirilən eksperimentin
mənasız aparılmasına, nəticədə milyonlarla paranın havaya
sovrulmasına səbəb olacaqdır.
AŞIQLAMA :
π
ədədinin vergüldən sonra 1000 işarə
dəqiqliklə hesablanması.
3,1415926535 8979323846 2643383279 5028841971 6939937510
5820974944 5923078164 0628620899 8628034825 3421170679
8214808651 3282306647 0938446095 5058223172 5359408128
4811174502 8410270193 8521105559 6446229489 5493038196
4428810975 6659334461 2847564823 3786783165 2712019091