İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə71/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 109 ____________________________ 
olduğunu dəqiq göstərir, sənədi imzalayanın sənəddə qeyd 
olunmuş məlumatla razı olması haqqında şəhadət verir, 
göndərənin başqa sənədi deyil, məhz göndərdiyi sənədi 
imzaladığını təsdiq edir, sənədin ilkin mətninin sonrakı 
dəyişiklik və təhriflərdən mühafizəsinə zəmanət verir. 
Real elektron imza sistemlərinin fəaliyyəti hüquqi, təşkilati 
və proqram-texniki təminat tələb edir. Hüquqi təminatda 
elektron imzaya hüquqi qüvvə verən hüquqi aktların qəbul 
edilməsi aiddir. Təşkilati təminat istifadəçilərin müəyyən 
sertifikasiya 
mərkəzlərində 
qeydiyyatını, 
istifadəçi 
və 
sertifikasiya mərkəzi arasında bir-birinə verilmiş açıq açarlara 
görə cavabdehlik haqqında sənədlərin rəsmiləşdirilməsini əhatə 
edir. 
Proqram-texniki 
təminata 
elektron 
imzanın 
formalaşdırılmasını, yoxlanmasını, açarların generasiyasını və 
saxlanmasını, işlənmiş sənədləri və onların imzalarını saxlayan 
verilənlər bazasının saxlanmasını və s. təmin edən bütün 
proqram və aparat vasitələri daxildir. 
Plastik kart 
bankomat
və 
POS terminalları
üçün əsas 
informasiya daşıyıcısı olduğu üçün həmişə saxtakarların, 
oğruların diqqət mərkəzindədir. Ona görə belə kartları 
buraxmazdan 
öncə 
təhlükəsizlik 
məsələləri 
dərindən 
işlənilməlidir. 
AÇIQLAMA

Bankomat ingiliscə Automated teller 
machine sözündən yaranmadır, bəzən ATM, bəzən də
 
bank 
avtomatı kimi oxunur. Bankomat proqram-texniki komnleks 
olub ödəmə kartından istifadə etməklə nağd pulun 
avtomatlaşdırılmış şəklildə alınması və verilməsi üçün istifadə 
edilir. Bununla yanaşı bankomatdan istifadə etməklə (ödəmə 
kartı ilə və ya onsuz) digər əməliyyatları da (məhsulun 
dəyərinin ödənilməsi, xidmətlərə görə pulun ödənilməsi, 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin