İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 139 ____________________________
Proqram istifadəçiyə verilmiş uzunluqda olan təsadüfi
parolu generasiya etməyə də imkan verir. Bununla yanaşı
istifadəçi proqramın onun üçün yaratdığı parol haqqında
məlumatsızda ola bilər (yəni parol avtomatık yaradıldığı üçün
bu barədə istifadəçiyə məlumat verilmir).
KeePass Portable sistemə qoşulmağı
istifadəçidən tələb
etmir, çünki proqramı fləş qurğusunda gətirib kompüterə daxil
etdikdən sonra onun işə salınması bilavasitə fləşsiz həyata
keçirilir.
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 141 ____________________________
KOMPÜTER VİRUSLARI VƏ
ONLARLA MÜBARİZƏ
İstifadəçi İnternetə qoşulan zaman İnternetdən
fərdi
kompüterə daxil olan ziyanverici viruslara qarşı həyata keçirilən
müdafiə tədbirləri şəbəkələrarası ekranlaşdırıcı avadanlıqların
köməkliyi ilə yerinə yetirilir. Belə avadanlıqlara nümunə olaraq
şəbəkələrarası ekran proqramlarını göstərmək mümkündür.
Hesablama texnikasında
bu tip proqramları
brandmayer və ya
Firewall adlandırırlar.
Brandmayerlərin hansı funksiyanı yerinə yetirməsi onların
necə sazlanmasından asılıdır. Adətən onlar digər kompüterlərin
Sizin istifadə etdiyiniz fərdi kompüterin resurslarına daxil olma
cəhdinin qarşısını alır və Sizin kompüterinizdə istifadə olunan
proqramlara və İnternetə göndərilən
informasiyaya nəzarət
edirlər. Məsələn, troya adlanan viruslar İnternetdən və ya
elektron poçtundan Sizin kompüterə daxil olub kompüterinizdə
olan fayllar haqqında informasiya
toplayaraq pisfikirli
(bədəməlli) kompüter istifadəçisinə göndərir. Burada məqsəd
müxtəlif ola bilir: heç bir fəaliyyətə
ziyan vurmadan mümkün
kommersiya təkliflərinin qiymətləndirilməsi üçün məlumatların
toplanması naminə və ya ciddi sənaye cəsusluğu ilə məşğul
olmaq üçün tutarlı səviyyədə
əhəmiyyət kəsb edən
informasiyaların əldə olunması xatirinə. Belə proqramlar Sizin
kompüterə daxil etdiyiniz parolları izləməklə yanaşı digər məxfi
(konfidensial) proqramları da nəzarətdə saxlaya bilir.
Brandmayerlərdən başqa İnternetlə bağlı təhlükələrin
qarşısını almaqdan ötrü (cəsus proqramların axtarılması və