İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 152 ____________________________
korlayırdı (tuturdu). Belə fikirləşənlər də var ki, əksər hallarda
viruslar tamamilə məqsədli şəkildə dağıdıcılıq məqsədi ilə
yaradılmışdır.
1960-cı illərin sonu, 1970-ci illərin əvvəlində periodik
olaraq maynfreymlərdə “dovşan” (The rabbit) adlandırılan
proqramlar meydana çıxırdı. Bu proqramlar özlərini klonlaşdırıb
sistem resurslarını zəbt edərək onların məhsuldarlığını aşağı
salırdı.
Beləliklə, artıq keçən əsrin 70-ci illərində çoxalabilən ilk
həqiqi viruslar meydana çıxdı. Belə ki, UNIVAC 1108 kompüteri
Pervading Animal adlı virusa yoluxmuş, IBM 360/370 kompüteri
isə Christmac tree adlı virusun hücumuna məruz qalmışdı.
1977-ci ildə ilk Apple fərdi kompüterlərinin istehsal
olunması və infrastruktur şəbəkəsinin inkişafı ilə əlaqədar
olaraq yeni viruslar əsrinin başlanğıcı qoyulur. İstifadə üçün
faydalı proqram şəkilində kompüterə daxil olan ilk barbar-
proqramı (barbar - mədəniyyət abidələrini dağıdan, məhv edən
adam) kompüter işə düşən kimi istifadəçinin hazırladığı bütün
məlumatları məhv edirdi.
Növbəti mərhələ - 1970-ci illərin əvvəlində BBN şirkətinin
əməkdaşı Bob Tomas tərəfindən özü yerini dəyişən Creeper
proqramı yaradıldi. Bu proqram RSEXEC altsistemi üçün
nəzərdə tutulmuşdu və proqramların kompüterlər arasında
özbaşına yerdəyişə bilməsi imkanını nümayiş etdirməkdən ötrü
idi. Creeper proqramı ziyanverici deyildi və onun ilk nüsxəsi
məhv edildi. Amma proqramın yaradılma ideyasına əsaslanaraq
yaradılan yeni proqram bir kompüterdən digərinə keçə bilən
virusun yaradılması üçün istifadə edildi. Bu zaman Reaper adlı
daha bir proqram hazırlandı ki, bu da ilk antivirus proqramı idi.
Reaper
kompüterdən-kompüterə
keçərək
Creeper-in
fəaliyyətdə olan nüsxəsini tapıb məhv edirdi.