İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 151 ____________________________
maşın dilində biokibernetik modeli proqramlaşdırır. Bu
proqramda məxluq sıfıra bərabər olmayan sözlərlə
qidalanmaqla hərəkət edir.
Məxluq müəyyən sayda simvolları “yeyəndən” sonra
çoxalır. Bu zaman yeni əmələ gələn mexanizmlər mütasiya
imkanına malik ola bilir. Kibernetik məxluq müəyyən müddət
ərzində qidalanmayanda “ölürdü”.
1961-ci ildə Bell Telephone Laborototies kompaniyasının
(ABŞ) əməkdaşları V.A. Vısotski, X.D. Makilroy və Robert Morris
“Darvin” adlandırılan qeyri-adi oyun yaradırlar. O vaxtlar hələ
yüksək səviyyəli proqramlaşdırma dilləri yox idi. Oyun
Assembler dilindən istifadə edilməklə yaradılmışdı. Bu oyunun
mahiyyəti ondan ibarət idi ki, Assemler dilində yazılmış
“orqanizmlər” adlandırılan bir neçə proqram komüterin
yaddaşına yüklənirdi. Bir oyunçunun yaratdığı (daha dəqiq
desək bir növə aid olan) orqanizmlər digər növə aid olan
orqanizmləri məhv etməli və onların mövcud olduğu fəzanı zəbt
etməli idi. Yaddaşı tamamilə zəbt edə bilən və ya daha cox xal
toplaya bilən orqanizmlərlə oynayan oyunçu oyunun qalibi
hesab edilirdi. Oyundakı prosesə “hakim” (əlavə proqram)
nəzarət edirdi. Bu proqram həm də rəqiblərin mübarizə aparma
qaydalarını müəyyən edirdi. Bu sadəcə eksperiment olsada və
iştirakçıları təkcə prosesin özü maraqlandırsada məhz bu oyun
proqramını ilk kompüter virusu adlandırmaq olardı.
İlk kompüter viruslarının yaradılması 1960-cı illərin
sonlarına təsadüf edir. Ədəbiyyatda belə fikirlərə də rast
gəlmək olar ki, əslində ilk viruslsr qəsdən zərərli proqramlar
kimi yazılan proqramlar deyildi. Yəni təsadüf nəticəsində
meydana gələn viruslar da olub. Bunu proqramlar yazılanda
buraxılan səhvin nəticəsi hesab edənlər də var. Belə
proqramlar ozü özünü köçürməklə kompüterin sərt diskini