İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə97/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 149 ____________________________ 
vardır. Bu günə 50 minə yaxın kompüter virusu məlumdur. Bu 
kiçik ziyanverici proqramlar aşağıdakı 3 qayda ilə yaşayırlar: 

Çoxalmaq; 

Gizlənmək; 

Pozmaq (xarab etmək). 
Hələ viruslarla universal və etibarlı mübarizə vasitəsi 
yoxdur. 
AÇIQLAMA

Virus ingilis sözüdür, tərcüməsi maniə, 
əngəl deməkdir. Rus dilli insanlar bu sözü düzgün tərcümə 
etməmiş, səhv olaraq virus kimi, yəni mikrob kimi istifadə 
etmişlər. Əslində söz 
vayrus kimi oxunmalıdır. Bu səhvi biz 
də qəbul etmişik və indiki zamanda da maniə və ya əngəl 
yerinə virus kəlməsindən istifadə edirik. 
Dərslikdə müəyyən səviyyədə klassik kompüter virusları – 

parazitlər” nəzərdən keçirilir. Ziyanverici proqramların bu 
növünün tarixi nə az-nə çox – 40 il əvvələ, keçən əsrin 60-cı 
illərinin sonuna gedib çıxır. Bu, o zaman idi ki, kompüterlə 
yalnız fantastik hekayələrin səhifələrində rastlaşmaq mümkün 
idi. O zaman ABŞ-ın iri tədqiqat mərkəzlərinə mənsub olan 
azsaylı kompüterlərdə ilk dəfə qeyri-adi davranışlı proqramlar 
aşkar edilmişdi. İnsanın bütün göstərişlərini yerinə-yetirən 
normal proqramlardan fərqli olaraq bunlar heç bir əmrə tabe 
olmurdular, kompüter daxilində anlaşılmaz işlərlə məşğul 
olaraq sistemin işini olduqca ləngidirdilər. Bu qeyri-adi 
proqramların yaxşı cəhəti o idi ki, bunlar heç nəyi pozmur və 
çoxalmırdılar. Lakin bu yaxşı cəhət uzun sürmədi... 
İlk kompüterlərin, şəbəkələrin və şəbəkə protokollarının 
yaradıcıları gələcəyi görə bilsəydilər, çox güman ki, 
informasiyanın qorunması problemləri bu gün xeyli az olardı. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 150 ____________________________ 
İlk vaxtlar kompüterlər binalardakı çoxlu sayda otaqları zəbt 
edən, bahalı, nəhəng texniki sistemlər olduğundan, onlardan 
yalnız iri dövlət müəssisələri və xüsusi şirkətlər istifadə edə 
bilirdilər. Müəyyən müddətdən sonra informasiya mübadiləsinə 
zərurət meydana çıxdı – ilk şəbəkələr yarandı. Lakin həmin 
vaxtlarda kompüterlər qapalı sistemlər idi və ağ xalatlı ciddi 
insanlar tərəfindən idarə edilirdi. Buna görə də o vaxtlar 
xuliqanlıq və ziyankarlıq barədə heç kim düşünməmişdi. 
Təəssüf ki, tarix kompüter ziyanvericilərinin yaradılması barədə 
olan çoxlu faktları üzə çıxarmır. Lakin buna baxmayaraq bəzi 
faktlar məlumdur. Özüçoxalan mexanizmlər (proqramlar) 
nəzəriyyəsinin əsasını qoyan fizika və piyaziyyat elmləri üzrə 
görkəmli elmi nəticələrə nail olmuş, dünya şöhrətli macar əsilli 
amerikalı alim Con fon Neyman (Yanoş Layoş Neyman) (1903-
1957) olmuşdur. Con fon Neyman “Mürəkkəb avtomatlar 
nəzəriyyəsi və təşkili” mövzusunda mühazirələr seriyası 
oxuyurdu ki, bu mühazirələr də sonralar özütörəyən avtomatlar 
nəzəriyyəsinin təməlini təşkil etmişdi. Lakin bu, yalnız nəzəriyyə 
idi. 
Həmin dövrdə bu nəzəriyyə tənqidə məruz qaldı və elmi 
ictimaiyyətin diqqətini cox da cəlb eləmədi. Con fon Neyman 
1951-ci ildə belə mexanizmlərin yaradılması metodunu təklif 
etmişdi.
1957-ci ildə “Nature” jurnalında L.S.Penrouz, həyat 
yoldaşı, fizika üzrə Nobel mükafatı laureatı Rocer Penrouzla 
həmmüəllif olmaqla özüçoxalan mexaniki strukturlar haqqında 
ilk məqaləni çap etdirir. Bu məqalədə təmiz mexaniki 
konstruksiyalarla bahəm belə strukturlar üçün aktivləşmə, 
tutub saxlama və azad etmə imkanlarına malik olan ikiölçülü 
model də şərh edilir. Bu məqalədəki materiallara əsaslanmaqla 
F.J.Ştal IBM 650 elektron hesablama maşınında istifadə olunan 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin