İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 147 ____________________________
Deyv Rodes
Ümumi qəbul olunmuş “spam” termini rus dilində ilk
dəfə elektron məktubların göndərilməsində istifadə olundu.
Məlumatların ani dəyişdirilməsi sistemində (məsələn, ICQ)
soruşulmayan məlumatları SPIM (ingiliscə
Spam over IM)
adlandırırlar. Dünya poçt trafikində 2006-cı ilin məlumatına
görə spam 60%-dən 80%-ə kimi (2011-ci ilin məlumatı)
təşkil edir.
AÇIQLAMA
:
Destkruktivlik (latincadan tərcümədə
normal strukturun pozulması, dağıdılması anlamını verir)
insanın özünə və başqalarına mənfi münasibəti və ona uyğun
özünü aparmasıdır. Destruktivlik xüsusiyyəti insanlara
məxsusdur, əsas fərq onların istifadə etdiyi əşyalardadır:
insanlar destruktivliyin daşıyıcılarıdır. Bu fikirlər Ziqmund
Freydə məxsusdur.
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 148 ____________________________
Ziqmund Freyd (1856-1939). Avstriya psixoanalitiki,
psixiatr və nevroloqdur. Z.Freydin məşğul olduğu sahə
psixologiyaya, təbabətə, sosiaslogiyaya, antropologiyaya,
ədəbiyyata və incəsənətə hiss ediləcək dərəcədə təsir
göstərmişdir.
KOMPÜTER VİRUSLARININ MEYDANA
GƏLMƏSİNİN QISA TARİXİ
Heç kimə sirr deyil ki, hər bir müasir kompüterin ən böyük
və qorxulu düşməni viruslardır. Virus üçün fərdi kompüterin
hansı məqsədlə istifadə edilməsi, İnternetə və ya lokal
şəbəkəyə qoşulub-qoşulmaması vacib deyildir. Bu gün müxtəlif
ziyanverici proqramlar o qədər çoxdur ki, demək olar ki, hər bir
kompüter təhlükə altındadır.
Kompüter virusu nədir? Əslində, bu ad altında bir-neçə
növ ziyanverici proqramlar gizlənir ki, bunların da çoxdandır ki,
hər birinin özünəməxsus kompüterə daxil olmaq metodikası
|