İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 146 ____________________________
üçün istifadə olunan əmtəə nişanı kimi istifadə olunurdu.
İkinci Dünya Müharibəsindən sonra həddindən artıq
konserv ehtiyatı olan Hormel
Foods Corporation şirkəti
məhsullarını reklam etmək üçün hər bir küçəyə, döngəyə,
binaya, kafeyə, restorana və s. yerlərə “SPAM” sözü olan
reklamları yapışdırır. “SPAM” konservlərinin reklamı
hətta
radio ilə də translyasiya olunur. Hamının zəhləsini tökmüş
“SPAM” sözü sonralar İngiltərədə məzhəkəçi-qrup tərəfindən
yaradılan “Monti Paytonun uçan sirki” teleşousunda
hazırlanan sketçdə (estrada üçün yazılmış kiçik məzhəkədə -
pyesdə) geniş istifadə olunur.
1986-cı ildə Usenet-in keçirdiyi konfransların
birində
Deyv Rodes hazırladığı maliyyə piramidasını reklam etmək
üçün
eyni məlumatlar çoxluğundan istifadə edir. Məqalənin
başlığı belə səslənirdi: “Çoxlu pul qazan”.
Müəllif bunun
yollarını da məqalədə göstərirdi. Bir qədər sonra müəllif
hazırladığı testləri müxtəlif ünvanlara dəfələrlə göndərdiyi
üçün hamını bezdirir. Testləri alanların yadına Hormel Foods
Corporation şirkətinin konservlərə
görə verdiyi reklamlar
düşür və beləliklə, Deyv Rodesin testləri ilə sketç
konservlərinin reklamlarını müqayisə etməyə başlayırlar.
Beləliklə, “Spam” yeni məna qazanır, termin kompüter
texnologiyasında bezdirici reklamların göndərilməsində
istifadə olunur, daha döğrusu bu əməliyyatı “Spam”
adlandırırlar. Spam (ingiliscə “spam”) –
kommersiya
xarakterli reklamların kütləvi şəkildə göndərilməsi və yaxud,
kommersiya məlumatlarının və ya buna bənzər reklamların
bu reklamları və məlumatları almaq istəməyən müəyyən
insanlara dəfələrlə
(bezdirməklə, cana gətirməklə)
göndərilməsidir. Kompüter texnologoyalarında bezdirici
məlumatları yayanları
spamer adlandırırlar.