İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə172/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   168   169   170   171   172   173   174   175   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 258 ____________________________ 
imtina” hücumunu (DoS) göstərmək olar, hücum xakerin 
şəxsiyyətini gizlətməklə başqasının ünvanından başlayır.
Spufinqin təhlükəsini (hədəsini) onu ləğv etmədən 
azaltmaq mümkündür, bunun üçün xarici şəbəkəyə əlçatanlığı 
düzgün sazlamaqla yanaşı spufinqin digər şəbəkədən istifadəçi 
şəbəkəsinə daxil olmasına maneçilik etmək kifayətdir. Digər yol 
istifadəçinin autentifikasiya üsulundan istifadə etməklə IP-
spufinqinin qarşısının alınması, birdəfəlik parollardan və ya 
kriptoqrafiya metodlarından istifadə edilməsidir. 
Vasitəçilik
. Hücum aktiv qulaqasma ilə yanaşı ötürülən 
informasiyanın aralıq düyünlərdə tutulması və idarə edilməsi ilə 
bağlıdır. Kompüterlər aşağı şəbəkə səviyyələrində qarşılıqlı 
informasiya mübadiləsində olarkən çox vaxt hansı verilənlərin 
dəyişdirilməsinə ehtiyacın olduğunu müəyyən edə bilmirlər. 
Şifrələnməmiş 
açarlardan 
istifadə 
etməklə 
vasitəçilik
(
man-in-the-middie hücumu – insan-harada 
hücumu). Hücumu təşkil edən bədniyyətli insana şəbəkə ilə 
ötürülən paketlərə əlçatanlıq olmalıdır. ISP provayderi vasitəsilə 
istənilən başqa şəbəkəyə ötürülən bütün paketlərə belə 
əlçatanlığı provayderin əməkdaşı əldə edə bilər. Bu tip 
hücumdan tez-tez paketlərin snufferləri, nəql protokolları və 
marşrutlaşdırıcıların protokolları istifadə edirlər. 
man-in-the-middie hücumu informasiyanı oğurlamaq, 
cari sessiyanı “tutmaq” və şəxsi şəbəkə resurslarına daxil 
olmaq, trafiki təhlil etmək, şəbəkə haqqında və ondan istifadə 
edən istifadəçi haqqında informasiya almaq, DoS növlü 
hücumu həyata keçirmək, verilən məlumatların təhrif edilməsini 
həyata keçirmək və qeyriqanuni informasiyanı şəbəkəyə daxil 
etmək üçün istifadə olunur. 
man-in-the-middie hücumuna qarşı effektiv mübarizə 
kriptoqrafiyadan istifadə etməkdir. Bu növ hücumlara qarşı 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin