İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 79 ____________________________
olunmuş vektor ilə birləşir. Nəticədə açıq mətnin şifrələnmiş
eyni blokları bir-birindən fərqlənirlər.
3.
Şifrələnmənin əks əlaqə rejimi (CFB).
Burada əsas
məqsəd blok şifrələnməsini (məsələn, 64 bitlik uzunluğa malik
blok - DES) bir simvola görə şifrələnən (məsələn, ölçüsü j=8
bit – CBC) blokların qoşulma rejiminə çevirməkdir. İdeya ondan
ibarətdir ki, ilkin olaraq 64 bitlik bufer installyasiya olunmuş, K
açarı ilə şifrələnmiş vektorla doldurulur (göndərənə və qəbul
edənə məlum olan). Alınmış nəticədən böyük (sol) j bit seçilir
və açıq mətnin birinci simvolu ilə XOR əməliyyatının köməyilə
birləşdirilir. Nəticədə ilk şifrələnmiş simvol alınır. Sonrakı
mərhələdə buferdə yerləşən (installyasiya olunmuş, K açarı ilə
şifrələnmiş vektor)
j bit sola çəkilir, ən kiçik (sağ) j bit -ə
şifrələnmiş simvol yazılır. Bununla da sistem növbəti simvolun
şifrələnməsinə hazır olur.
4.
Çıxışa görə əks əlaqəli rejim (OFB). İş prinsipi öndəkinə
eynidir. Burada, buferdəki kiçik j
bit -in sürüşməsindən sonra
yerinə şifrələnmiş simvol deyil, şifrələnmiş böyük j bit simvol
yazılır. Belə rejim maniəyə davamlıdır, yəni mətnin şifrələnmiş
bir simvolunun ötürülməsi zamanı yaranmış
kəsilmə digər
simvolların şifrələnməsinə təsir etmir.
AÇIQLAMA
:
İnstallyasiya (ingiliscə installation - hərfi
mənası qurulma, quraşdırma, düzəldilmə,
təsis edilmə
deməkdir) – sonuncu kompüter istifadəçisinin kompüterinə
proqram təminatının qurulma prosesidir. Əməliyyat
sistemində olan xüsusi proqramla (menecer paketi)
yerinə
yetirilir (məsələn, RPM и APT в GNU/Linux, Windows
Installer в Microsoft Windows).
Dostları ilə paylaş: