İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə56/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 85 ____________________________ 
D.Sezar şifrəsi; 
E.Monoəlifbalı şifrə. 
9.Müasir simmetrik alqoritmlərin xüsusiyyələrti necə 
adlanır: açıq mətnin hər bir biti şifrələnmiş mətnin hər bir bitinə 
necə təsir göstərir? 
10.Simmetrik alqoritmlərdən istifadə zamanı yaranmış 
problem nə ilə əlaqədardır? 
A.EHM-lərdə realizə olunmasının mürəkkəbliyi ilə; 
B.EHM-lərin istifadəyə buraxıldığı andan istifadə edilən 
şifrələrin kriptotəhlil edilməsinin asanlığı ilə; 
C.Açarların kiməsə verilməsi və açarların idarə edilməsi 
zamanı yaranan çətinliklər ilə; 
D.Bu alqoritmlərin EHM-lərdə istifadə edilməsi zamanı 
çoxlu sayda hesablama resurslarının tələb olunması ilə. 
11.İstifadə olunan mətn bloklara bölünəndə və bu bloklar 
eyni açarla şifrələnəndə blok şifrələrinin şifrələnmə rejimi necə 
adlanır? 
A.Şifrələnmiş blokların bir-birinə bağlanması rejimi; 
B.Əks əlaqə ilə şifrələnmə rejimi; 
C.Çıxışa görə əks əlaqə rejimi; 
D.Elektron şifrələmə kitabı rejimi. 
AÇIQLAMA
:
Kriptoqrafiya (yunanca gizli yazıram 
anlamını verir) məxviliyin 
(informasiyanın kənar şəxs 
tərəfindən oxuna bilməməsi), tamlıq (informasiyanın hiss 
olunmayacaq qədər dəyişdirilə bilinməməsi), autentifikasiya 
(müəllifin və ya obyektin xüsusiyyətlərinin həqiqiliyinin 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 86 ____________________________ 
yoxlanması), həmçinin müəlliflikdən imtina edilməsinin 
mümkün olmaması anlamını verir. 
İlk olaraq kriptoqrafiya informasiyanın şifrələnməsi 
üsullarını öyrənirdi. Ənənəvi olaraq kriptoqrafiya simmetrik 
kriptosistem əmələ gətirir, yəni bu sistemdən istifadə 
etməklə şifrələnmə və ya şifrədən azad olma bir açarın 
köməkliyi ilə həyata keçirilir. Bundan başqa müasir 
kriptoqrafiya özündə assimmetrik kriptosistemi və elektron 
rəqəmsal imza sistemini (ERİ), xeş-funksiyanı, açarlarla idarə 
etməni, gizli informasiyanın alınmasını, kvant kriptoqrafiyanı 
əks etdirir. 
Kriptoqrafiya haqqında verilmiş qanun abonentlərin 
şantaj olunması və ya abonentin satın alınması, onun 
aldanılması, mənzilinin və ya avtomobilinin açarının 
oğurlanması, onun həyatını təhlükə altına alan hədələrin 
həyata keçirilməsi, müdafiə edilən verilənlər bazasından 
informasiya alarkən ona edilmiş təhlükə və s. hallar baş 
verdikdə subyektin müdafiəsi ilə məşğul olmur. Kriptoqrafiya 
qədim elm sahələrindən biridir, onun yaranma tarıxı bir neçə 
min illər əvvələ (təxminən 4 min il əvvələ) gedib çıxır. 
Kriptoqrafiyadan istifadənin birinci dövründə (təxminən 
3 min il əvvəl) şifrələnmə üçün monoəlifbadan (yazıda 
istifadə edilən hərflərin digər hərflər və ya simvolar ilə əvəz 
edilməsi) geniş istifadə olunurdu. 
Kriptoqrafiyadan istifadənin ikinci dövründə (IX əsrdən 
başlayaraq Yaxın Şərqdə dövrünün görkəmli alimi abu Yusif 
Yaqub ibn İshaq əl-Kindi), XV əsrdən başlayaraq Avropada 
(Leon Battista Albert - XX əsrin sonlarına kimi) şifrələmə 
üçün çoxəlifbalıqdan geniş istifadə edilməyə başlanıldı. 
Kriptoqrafiyadan istifadənin üçüncü dövründə (XX əsrin 
başlanğıcı və XX əsrin ortalarına kimi) şifrələmə 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin