İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə57/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   53   54   55   56   57   58   59   60   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 87 ____________________________ 
əməliyyatlarını yerinə yetirmək üçün elektromexaniki 
qurğulardan istifadə olundu. Bu məqsədlə qurğuları işlətmək 
üçün 
şifrələyici 
mütəxəssislər 
işə 
qəbul 
edilirdi. 
İnformasiyanın şifrələnməsi zamanı çoxəlifbaliq sisteminə 
daim mürəciət edilirdi.
Lorenz alman kriptomaşını, 
gizli məlumatların 
şifrələnməsi üçün İkinci 
Dünya Müharibəsində 
istifadə olunmuşdur
Gizli məlumatların şifrələnməsi 
üçün istifadə olunan kriptoqrafiya 
maşını
Kriptoqrafiya aləti 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 88 ____________________________ 
İnformasiyanın şifrələnməsinə nümunə kimi İkinci 
Dünya Müharibəsində istifadə edilən ENİQMA hesablama 
maşınından istifadəni göstərmək olar. 
Kriptoqrafiyadan istifadənin dördüncü dövrü (XX əsrin 
ortalarından keçən əsrin 70-ci illərinə kimi) riyazi 
kriptoqrafiyaya keçid dövrü adlanır. Görkəmli alim 
K.Şennon 
əsərlərində informasiyanın ölçülməsi, verilənlərin ötürülməsi, 
entropiya, şifrələmə funksiyası kimi terminlərdən istifadə edir 
və bu terminləri sonralar elmə daxil edir. Şifrələnmiş 
informasiyanın müəyyənləşdirilməsi üçün “xətti differensial 
kriptoanaliz”dən istifadə olunmağa başlanılır. Bütün bunlara 
baxmayaraq 1975-ci ilə kimi kriptoqrafiyada “klassik” 
üsillardan istifadə olunurdu. 
Kriptoqrafiyanın müasir dövrdə inkişafı (keçən əsrin 70-
ci illərinin sonundan inkidiki zaman kimi) bu sahədə yeni 
istiqamətin – açıq açar prinsipli kriptoqrafiya - yaranmasına 
səbəb oldu. Müasir sahənin yaranması təkcə yeni texniki 
qurğulardan istifadə ilə deyil, həmçinin kriptoqrafiyadan fərdi 
şəxslərin istifadəsilə də bağlı oldu (əvvəlki dövrlərdə 
kriptoqrafiyadan ancaq dövlət səviyyəsində istifadə 
olunurdu). İnsanların şəxsi məqsədləri üçün kriptoqrafiyadan 
istifadə etməsi müxtəlif ölkələrdə müxtəlif cür qarşılanır, bəzi 
ölkələrdə buna qadağa qoyulsa da, bəzi ölkələrdə buna 
geniş imkanlar yaradılır. 
Müasir kriptoqrafiya müxtəlif elmi istiqamətlər 
(riyaziyyat elminin informatika elmi ilə kəsişməsində) 
yaratmışdır. Bu barədə elmi jurnallarda mütamadi məqalələr 
çap edilir. Kriptoqrafiyadan istifadə müasir cəmiyyətin 
ayrılmaz bir hissəsinə çevrilmişdir. Ondan elektron 
kommersiyada, elektron sənəd dövriyyəsində, rəqəmsal 
imzada, telekommunikasiya sahəsində və digər sahələrdə 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin