İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə18/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 24 ____________________________ 
sənəd hazırlandıqda həyata keçirilən əməliyyatı rekvizit 
adlandırırlar.
AÇIQLAMA

Opedrativ yaddaş (ingiliscə Random 
Access Memory, RAM, ixtiyari əlçatanlıqlı yaddaş, Operativ 
Yaddaş Qurğusu, Operativka, kompüterin enerjidən asılı olan 
yaddaşı). İstifadəçi kompüterlə işləyən zaman yerinə 
yetirilən maşın əmrləri (proqramlar) operativ yaddaşda 
saxlanılır. Bununla yanaşı operativ yaddaşda prosessor 
tərəfindən təhlil edilmiş giriş, çıxış və aralıq verilənlərdə 
saxlanılır. 
Ümumi halda operativ yaddaş əməliyyat sisteminin 
proqramlarından və verilənlərindən, istifadəçinin buraxılmış 
tətbiqi proqramlarından ibarətdir. Odur ki, operativ yaddaşın 
tutumu eyni zamanda əməliyyat sisteminin rəhbərliyi ilə 
kompüterin həll etdiyi məsələlərin sayından asılıdır. 
OYQ ya ayrıca modul kimi hazırlanır, ya da ki, 
prosessor ilə bir kristalda yerləşdirilir. 
1834-cü ildə Çarlz Bebbic analıtık maşının yaradılması 
ilə məşğul olurdu. Maşının əsas hissələrindən birini alim 
“anbar” (store) adlandırır. “Avbar”ın funksiyası aralıq 
nəticələri yadda saxlamaq idi. Ö dövrdə hazırlanan “anbar” 
mexaniki qurğudan ibarət idi. Dişli çarxların və vərdənənin 
(barabanın) fırlanması nəticəsində alınmış nəticə yadda 
saxlanılırdı. 
Yaddaş qurğusunu aşağıdakı texniki elementlərdən 
istifadə edilməklə yaratmaq mümkündür: 
Elektromaqnit relelər əsasında; 
Akustik saxlama xəttindən istifadə etməklə; 
Elektron-şüa borusundan istifadə etməklə; 
Maqnit barabanlarından istifadə etməklə; 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 25 ____________________________ 
Maqnit nüvələrindən istifadə etməklə;
Mikrosxemlərdən istifadə etməklə və s.
İki növ operativ yaddaşdan istifadə olunur: 
Statik (ARAM) – triggerlər yığımından istifadə etməklə; 
Dinamik (DRAM) – kondensatorlar yığımından istifadə 
etməklə.
 
Operativ yaddaş qurğusu 
1973-cü ildə IBM firması yeni texnologiya ilə 16 Kbayt 
informasiyanı saxlayan ilk sərt diski istehsala buraxır. Disk 
hər biri 30 sektora bölünən 30 silindrdən ibarət olduğundan, 
onun şərti işarəsi 30/30 kimi qəbul edilir. Bu işarə 30/30 
kalibrinə malik, alman istehsalı olan Vinçester tipli məşhur 
avtomatik tüfəngə anoloji olduğu üçün ona “Vinçester” adı 
da verilir. O vaxtdan bəri sərt disklərin konfiqurasiyası xeyli 
dəyişmiş, tutumu, etibarlılığı və işləmə sürəti kəskin 
artmışdır. Lakin fərdi kompüterlərdə sərt diskin əvvəlki adı 
indi də istifadə edilməkdədir. 
İlk sərt disklərin seriya şəkilində istehsalı 1979-cu ildə 
Seagate firması tərəfindən həyata keçirilmişdir. Beş düymlü 
ST-506 diskinin tutumu 6 Mbayta bərabər idi. 1979-cu ildə 
istehsal olunan sərt disk belə disklərin istehsalının təməlini 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin