İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə189/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   185   186   187   188   189   190   191   192   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 281 ____________________________ 
və əsas mərhələ əlçatanlıq mexanizminin idarə edilməsi, 
onlardan istifadənin təşkili, onlara daxil olma imkanının 
yaradılması, təhlükəsiz kommunikasiya mexanizmi, virtual VPN 
şəbəkəsinın müdafiəsi və sairədir. 
Mərkəzləşdirilmiş formada idarə edilən informasiya 
sistemlərinin təhlükəsizliyini əldə etmək üçün bütün 
informasiya müdafiə sisteminin idarə olunmasını və 
inteqrasiyasını yerinə yetirmək lazımdır.
Növbəti 
mərhələ 
nəzarət 
vasitələrinə 
istifadəçi 
əlçatanlığının ümumi strukturunun sistemə inteqrasiya edilməsi 
və sistemə birdəfəlik daxil olmaya (Single Sign On) ixtiyarın 
verilməsidir. 
Əgər söhbət verilənlərin konfidensiallığından gedirsə, 
əslinə baxanda, antivirus müdafiəsi, audit vasitələri və 
hücumun müəyyən edilməsi təhlükəsizlik sisteminin inteqrasiya 
tamlığının yaradılmasını tamamlayır. Belə olan halda elektron-
rəqəmsal imzanın və verilənlərin kriptoqrafik müdafiə olunması 
üçün avadanlıqların varlığı tələb edilir. 
Elektron biznes üçün təhlükəsizlik sistemlərinin əsas 
funksional təşkiledicilərinin realizə olunması üçün müxtəlif 
üsullar və informasiyanın müdafiə vasitələrindən istifadə edilir. 
Bunlara aşağıdakılar aiddir: 

Müdafiə olunan kommunikasiya protokolu; 

Kriptoqrafiya vasitələri; 

Autentifikasiya və vəkalət vermə (ixtiyar vermə) 
mexanizmi; 

Şəbəkənin işçi yerlərinə daxil olmalara və ümumi istifadə 
şəbəkələrinə əlçatanlığın nəzarət vasitələri; 

Antivirus kompleksləri; 

Audit və hücumun aşkara çıxarılma proqramları; 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 282 ____________________________ 

Istifadəçilərin sistemə daxil olmasının mərkəzləşdirilmiş 
şəkildə idarə edilməsi üçün vasitələrin varlığı; 

IP-şəbəkələrində, aşıq formada verilənlər paketinin və 
istənilən məlumat əlavələrin təhlükəsiz dəyişdirilməsi. 
Korporativ sistemin bütün səviyyələrində kompleks 
müdafiə vasitələrinin tətbiq edilməsi informasiya təhlükəsizliyi 
sisteminin etibarlı və effektiv qurulmasına imkan verir. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin