İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə54/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   50   51   52   53   54   55   56   57   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 81 ____________________________ 
olacaqdır. Açarın sonuncu biti (1) şifrələmə ardıcıllığının bitinə 
çevriləcəkdir. Şifrələnmiş mətnin birinci bitini hesablayaq: 
1
0
1


. Sonra isə prosesi 101 açarı ilə təkrarlayaq. Məlumatın 
tam şəkildə şifrələnməsi 12 saylı şəkildə verilən kimidir. 
Şəkil 12. 011 açarlı 101 skrembleri ilə 00111 ardıcıllığının 
skremblerlənməsi 
Kriptoanalizin klassik məqsədi – açardan istifadə etmədən 
açıq mətndən şifrələnmiş mətn almaq (bəzən bunu açarın 
axtarılması da adlandırırlar). 
Kriptotəhlinin ayrı-ayrı üsulları vardır ki, onlardan istifadə 
etməklə müasir şifrələri “sındırmaq” olur. Onlardan bəzilərinə 
nəzər salaq. 
Statistik kriptoanaliz. Kriptotəhlil şifrələnmiş mətndə tez-
tez rast gəlinən ayrı-ayrı simvolların (və ya simvollar qrupunun) 
sayılmasına əsaslanır. Əsasən simmetrik dayaqlıq alqoritminin 
sındırılması üçün istifadə olunur.


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 82 ____________________________ 
Differensial kriptitəhlil. Kriptotəhlil seçilmiş mətn ilə 
həyata keçirilir. Müasir simmetrik şifrələmə alqoritminin 
sıdırılmasında istifadə edilir, bu zaman mətn ardıcıl olaraq bir 
neçə çevrilmə ranudundan keçir. Üsul iki mətn arasında olan 
oxşarlığın dəyişilməsinin izlənməsinə əsaslanır. 
Xətti 
kriptotəhlil. 
Simmetrik 
blok 
şifrələrinin 
sındıdılmasında istifadə olunur. Kriptotəhlilin əsasını xətti 
yaxınlaşma anlamı təşkil edir. 
SİMMETRİK ALQORİTMLƏRİN PROBLEMLƏRİ 
Bütün simmetrik alqoritmlər ümumi bir problemə malikdir, 
yəni məlumatı göndərən və qəbul edən eyni bir açardan 
istifadə etməlidir. Bununla yanaşı nəzərə alınır ki, onların 
etibarlı əlaqə kanalları yoxdur, əks halda məlumatı şifrələməyə 
ehtiyac olmazdı. 
Yüz il bundan əvvəl bu problem sadə şəkildə həll edilirdi, 
məlumatı göndərən şəxs ilə qəbul edən şəxs üzbə-üz 
görüşərdilər. İndiki zamanda bu mümkün deyil. Bu baxımdan 
müxtəlif ölkələrdə yaşayan işgüzar tərəfdaşlar məlumatın 
konfidensiallığına çalışırlar. 
İnternet-bankinq işgüzar insana mənzilindən və ya 
ofisindən kanara çıxmadan ona məxsus bank hesablarının idarə 
edilməsini, müştərilər ilə əməkdaşlığı yerinə yetirməyə və s. 
həyata keçirməyə imkan verir. Şifrələnmiş açarlardan istifadə 
edənlər şifrələri mütamadi dəyişir, bununla da şifrələmənin 
etibarlığını tutarlı səviyyədə artırırlar. 
Deməli, simmetrik şifrələmə üçün 
açarların dəyişilmə 
problemi xarakterikdir. İndiki zamanda müəyyən sayda 
üsulların köməyilə bu problemi aradan qaldırmaq mümkündür. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin