İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 90 ____________________________
Əbu Yusif Yaqub ibn İshaq əl-Kindi (elm aləmində əl-
Kindi kimi məşhurdur) ərəb filosofu, riyaziyyatçı,
musiqi
nəzəriyyəçi, astronom kimi tanınır. İraqın Bəsrə şəhərində
(bəzi məlumatlara görə Kufə şəhərində) anadan olmuşdur.
Mühəmməd ibn Musa əl-Xorezmi tərəfindən Bağdadda təşkil
olunmuş “Müdriklər evi”n-də keçirilən tədbirlərdə iştirak
etmiş, orada elmi işlər ilə məşğul olmuşdur.
Bağdada
rəhbərlik edən əl-Mamunun (813-833-ci illər) və əl-
Mutasimin (833-842-ci illər) əziz (istəkli) adamlarından biri
olmuşdur. Sonrakı illərdə (əl-Mütavəkkilin rəhbərliyi
dövründə) daim şəhərdən-şəhərə qovulmuş, təqib olunmuş,
daim axtarışda olmuşdur. əl-Kindi
metafizika elmində çoxlu
sayda traktatların müəllifidir. Bununla yanaşı məntiq, etika,
riyaziyyat, kriptoqrafiya, astrologiya, təbabət,
metrologiya,
optika, musiqi kimi elm sahələri ilə dərindən məşğul olmuş,
bu elm sahələrinə dəyərli tövhələrini vermişdir. Alimi Qərbi