İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 115 ____________________________
Donald Ervin Knut (ingiliscə Donald Ervin Knuth) 10
yanvar 1938-ci ildə Viskonsin ştatının Miluoki şəhərində
anadan olmuşdur, amerika alimidir, müxtəlif ölkələrdəki (o
cümlədən
Sankt-Peterburqdakı
Dövlət
Universitetinin)
Universitetlərin, Stenford Universitetinin professorudur.
Proqramlaşdırma sahəsində mühazirələr oxuyur (19
monoqrafiyanın, 160-dan çox elmi məqalənin, çoxlu sayda
məşhur proqram texnologiyasının müəllifidir), yeni nəsil
alimlərin yetişməsinə öz tövhələrini verir. Alim alqoritmin
əsaslarına və hesablama riyaziyyatı üsullarına aid dünya
şöhrətli, tanınmış seriya kitablar müəllifidir. D.E.Knut
masaüstü TEX və METAFONT nəşriyyat sisteminin
yaradıcısıdır.
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 116 ____________________________
Bunlarla yanaşı kriptoqrafiyada (əsasəndə elektron
rəqəmsal imzada) aşağıdakı xüsusiyyətlərə malik olan
funksiyalardan da istifadə olunur:
1.
Birtərəflilik. İstənilən xeş üçün h-ı praktiki olaraq
hesablamaq mümkün deyil və ya x elə seçmək lazımdır ki, H(X)
= h bərabərliyi yerinə yetsin.
2.
Birinci üslub kolliziyaya görə dayanaqlıq. İstənilən
məlumat üçün
x-ı praktiki olaraq hesablamaq mümkün deyil və
ya başqa bir
y məlumat seçmək lazımdır ki, H(x)=H(y).
3.
İkinci üslub kolliziyaya görə dayanaqlıq. x və y müxtəlif
məlumatları üçün elə cütlük seçmək lazımdır ki, praktiki olaraq
hesablamaq mümkün olmasın və ya bunlar üçün H(x)=H(y).
Xeş funksiyanın dayanıqlıq kriptoqrafik xüsusiyyəti
elektron rəqəmsal imzanın etbarlığını təmin etməlidir.
Doğurdan da, orijinal məlumatın heç olmasa bir simvolu
dəyişilərsə, onun xeş funksiyası (bu səbəbdən Elektron
Rəqəmsal İmza da) dəyişəcəkdir, digər tərəfdən bu xeş
funksiya ilə başqa bir məlumatı seçmək mümkün olmayacaqdır.
AÇIQLAMA
:
Kolliziya sözü latın dilindən gəlmədir
(colloisio) və “toxunma”, bəzəndə qüvvələrin, baxışların,
maraqların, təçəbbüsün qarşıdurması kimi istifadə edilir. Bu
zaman yaranan mübarizə həm fiziki, həm də ki, ideya
səviyyəsində baş verə bilər. Odur ki, əksər hallarda kolliziya
sözündən bədii ədəbiyyatda pesonajlar arasında yaranmış
münaqişəni, həmçinin onların idealogiyasını əks etdirmək
üçün istifadə olunur. Kolliziya termini müxtəlif sahələrdə də
istifadə edilir. Sözə tikintidə, riyazı modelləşmədə, geologiya
və hüquqda, sosioligiyada, mamalıqda və hətta informasiya
texnologiyalarında da rast gəlmək mümkündür. Kolliziya
sözü istifadə olunma əhəmiyyətinə görə çox qiymətlidir və
digər sözlər ilə birləşərək müəyyən mənalar kəsb edir.
|