İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə95/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   91   92   93   94   95   96   97   98   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

SP
iced 
h
AM
sözü “daha tünd vetçina” (qaxac edilmiş donuz əti, 
donuz budu) kimi açıqlanır, söz Hormel Foods Corporation 
şirkətinin (Hormel Foods Corporation - Donuz ətindən 
hazırlanmış kolbasa farşı) ət konservlərini reklam etmək 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 146 ____________________________ 
üçün istifadə olunan əmtəə nişanı kimi istifadə olunurdu. 
İkinci Dünya Müharibəsindən sonra həddindən artıq 
konserv ehtiyatı olan Hormel Foods Corporation şirkəti 
məhsullarını reklam etmək üçün hər bir küçəyə, döngəyə, 
binaya, kafeyə, restorana və s. yerlərə “SPAM” sözü olan 
reklamları yapışdırır. “SPAM” konservlərinin reklamı hətta 
radio ilə də translyasiya olunur. Hamının zəhləsini tökmüş 
“SPAM” sözü sonralar İngiltərədə məzhəkəçi-qrup tərəfindən 
yaradılan “Monti Paytonun uçan sirki” teleşousunda 
hazırlanan sketçdə (estrada üçün yazılmış kiçik məzhəkədə - 
pyesdə) geniş istifadə olunur. 
1986-cı ildə Usenet-in keçirdiyi konfransların birində 
Deyv Rodes hazırladığı maliyyə piramidasını reklam etmək 
üçün 
eyni məlumatlar çoxluğundan istifadə edir. Məqalənin 
başlığı belə səslənirdi: “Çoxlu pul qazan”. Müəllif bunun 
yollarını da məqalədə göstərirdi. Bir qədər sonra müəllif 
hazırladığı testləri müxtəlif ünvanlara dəfələrlə göndərdiyi 
üçün hamını bezdirir. Testləri alanların yadına Hormel Foods 
Corporation şirkətinin konservlərə görə verdiyi reklamlar 
düşür və beləliklə, Deyv Rodesin testləri ilə sketç 
konservlərinin reklamlarını müqayisə etməyə başlayırlar. 
Beləliklə, “Spam” yeni məna qazanır, termin kompüter 
texnologiyasında bezdirici reklamların göndərilməsində 
istifadə olunur, daha döğrusu bu əməliyyatı “Spam” 
adlandırırlar. Spam (ingiliscə “spam”) – kommersiya 
xarakterli reklamların kütləvi şəkildə göndərilməsi və yaxud, 
kommersiya məlumatlarının və ya buna bənzər reklamların 
bu reklamları və məlumatları almaq istəməyən müəyyən 
insanlara dəfələrlə 
(bezdirməklə, cana gətirməklə) 
göndərilməsidir. Kompüter texnologoyalarında bezdirici 
məlumatları yayanları 
spamer adlandırırlar. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin