İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə93/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   89   90   91   92   93   94   95   96   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 143 ____________________________ 
bir antivirus proqramı digərinə mane olur, virusun aşkarlanaraq 
aradan götürülməsində birinci olmaq istəyir. 
Bu baxımdan da fərdi kompüter istifadəçisi istehsal olunan 
antiviruslardan birinə üstünlük verməli və seçdiyi antivirus 
proqramını fərdi kompüterinə yükləməlidir. 
Bir çox hallarda fərdi kompüter istifadəçisinə dövrü olaraq 
digər antivirus proqramlarından (onlardan daim istifadə 
etməsələrdə) bəhrələnməyi məsləhət bilirlər. Məsələn, 
istifadəçi “Doktor Veb” şirkətinin rəsmi saytına daxil olaraq 
Curelt! adlanan antivirus proqramının pulsuz variantını 
kompüterinə yükləyər, ondan istifadə edə bilər. 
Əksər antivirus və anticəsus proqramlarını fərdi 
kompüterə yükləmək tələb olunur. Onlar mütəmadi olaraq 
istifadəçinin fərdi kompüterini yoxlayır, istifadə zamanı açıq 
qalmış fayllara virusların daxil olmasına maneçilik göstərirlər. 
Bununla da Sizin kompüterinizin tutarlı səviyyədə təhlükəsiz iş 
rejimi təmin edilimiş olur. 
AÇIQLAMA:
Əksər istifadəçilər fərdi kompüterlərə 
düşən virusları bir-birindən fərqləndirə bilmir. Onlar ümumi 
halda bütün virusları ancaq ziyan vuran kompüter virusu 
kimi tanıyır. Bu sözsüz ki, düzgün fikir deyil. Nəzərə almaq 
lazımdır ki, viruslar müxtəlif ziyanverici proqram təminatıdır. 
Virus nədir? 
Kompüter virusu kompüterdəki fayla və ya proqrama 
bərkidilmiş (yapışdırılmış), bir kompüterdən digərinə 
keçməklə yayılan proqramdır. Viruslar kompüterə düşməklə 
onun işinə maneçilik edir, kompüterdə yerinə yetirilən 
əməliyyatları ləngidir, kompüterin əməliyyat sistemini 
tamamilə korlayır. Virusların yayılmasında əsas rolu 
kompüterlərdə istifadə edilən fləş qurğuları, bir istifadəçinin 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin