İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə90/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   86   87   88   89   90   91   92   93   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 137 ____________________________ 
informasiya potensial “qurban”lıq kimi hamıya xəbər 
formasinda çatdırılır (məsələn, reklam olunmaqla). İstifadəçi 
sayta daxil olan zaman özü üçün parol düşünməlidir. Sonrakı 
mərhələdə həmin parolun istifadəçinin digər resurslarına 
(elektron poçt, qeydiyyat zamanı göstərilən ünvan və s.) daxil 
olmaq üçün yararlı olduğunu müəyyənləşdirmək lazımdır. 
Fişinqdən gələn təhlükəyə qarşı dayanmaq üçün lazım 
olan parolu daxil etməzdən öncə saytın ünvanını diqqətlə 
yoxlamaq kifayətdir. Ünvanı brauzerin əlfəcinə (arasına) 
yerləşdirmək məsləhətdir və iş prosesində ancaq bu əlfəcindən 
istifadə etmək düzgündür. Bununla yanaşı işləyən zaman 
elektron məktublara istinad etmək qəti qadağandır. 
Beləliklə, 
müxtəlif parollardan istifadə etməklə müxtəlif 
servislərə daxil olmaq məsləhətdir.
Öndə sadalanan bütün təqdimatlar kifayət qədər 
mürəkkəbdirlər. Bir neçə etibarlı parolu (uzun və mənasız) 
yadda saxlamaq o qədər də asan deyil. Amma parolun yaddan 
çıxma ehtimalı çoxdur. Bunları nəzərə alaraq istifadəçiyə bəzi 
vəsaitlər (üsullar) təklif edilir ki, o bunlardan istifadə etməklə 
yerinə yetirəcəyi əməliyyatları hiss olunacaq dərəcədə 
yüngülləşdirmiş olur. Bu vasitələrdən də önəmlisi parolların 
saxlanılması üçün proqramlardan istifadə olunmasıdır. 
KeePass Portable proqramına nəzər salaq. Bu proqramda 
bütün parollar şifrələnmiş faylda saxlanılır. Fayla daxil olmaq 
üçün ağıllı (düşünülmüş) şəkildə yaradılmış paroldan istifadə 
etmək olar. Bu zaman proqram həmin parolu açıq şəkildə 
ekranda əks etdirmir. Resursa daxil olma parolunu daxil etmək 
üçün (məsələn, ya müəyyən saytdan, yaxud da elektron 
poçtdan) resursu siyahıdan seçməli və kontekst menyudan 
Copy Password To Clipboard əmrini aktivləşdirmək lazımdır 
(şəkil 13.). Parol mübadilə buferinə yerləşəcək. Daha doğrusu, 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin