İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 134 ____________________________
insan üçün kifayətdir ki, o öz iyrənc
məqsədini həyata keçirə
bilsin.
Təcrübə göstərir ki, istifadəçi parolu müəssisə
rəhbərliyindən alandan sonra onu ya kağız parçasına, ya da ki,
cib dəftərçəsinə yazırsa, o bir müddət sonra parolu əzbər bildiyi
üçün onları zibil qutusuna atır.
Bu da düşmən üçün kifayət
edici haldır.
Deməli belə bir qanun var:
parol hamı üçün əlçatan yerdə
saxlanılmamalıdır. İdeal variant – onu yadda saxlamalı və heç
bir yerdə gizlətməməli. Əgər parol cib dəftərçəsindədirsə,
dəftərçə nəzarətsiz qalmamalı, parolu sistemə daxil edəndə
otaqda kənar şəxs olmamalı
və nəhayət, istifadəçi bu işə
məsuliyyətlə yanaşmalıdır.
Dostları ilə paylaş: