İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 131 ____________________________
sındırmaq inanılmaz
dərəcədə onun üçün çətinləşir, buna
baxmayaraq o öz pis əməlindən əl çəkmir, parolu sındırır.
Tutaq ki, n=70 –simvollar sayı, bundan istifadə etməklə
parol yaratmaq lazımdır, amma 70 simvoldan 10-u ədəd, 30-u
bir dilin hərfləri və 30-u isə başqa dilin hərfləridir. Nəzərə alaq
ki, yaratdığımız parolun uzunluğu m=4 simvoldur.
Əgər parol təsadüfi yaradılırsa,
onda mümkün
kombinasiyalar sayı 70
4
=24 010 000 olacaqdır. Hesab edək ki,
düşmən belə düşünər ki,
parol bir diapazona malik
simvollardan ibarətdir (hətta hansı diapazon olduğu düşmənə
məlum olmadıqda).
Belə parolların sayı 10
4
+30
4
+30
4
= 10 000+810 000+810
000=163 000 olacaqdır. Əgər
düşmən düzgün seçim etmişsə,
onda kombinasiyaların sayı 147 dəfə azalmış olacaqdır. Əgər
parolun uzunluğu və simvollar diapazonu artarsa,
onda bu
rəqəm də kəskin sürətdə artacaqdır.
Parolun avtomatik yaradılması proqramı (məsələn,
Advanced Office XP Password Recovery) parolu seçim edən
zaman simvolların hesablanmasına imkan verir.
Beləliklə, etibarlı
parol müxtəlif
diapazonlardan ibarət
olmalıdır. Ümumiyyətlə, istifadəçiyə
parol yaradan zaman rus
və ya ingilis dilinin hərflərindən (böyük və kiçik hərflərindən),
ərəb rəqəmlərindən, həmçinin digər simvollardan (durğu
işarələri - nöqtə, vergül və i. a) istifadə etmək məsləhət bilinir.
Dostları ilə paylaş: