İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II respublika elmi-praktiki konfra nsı, 14 may 2015-ci IL



Yüklə 173,44 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix09.06.2022
ölçüsü173,44 Kb.
#61107
  1   2   3


İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə 
II respublika elmi-praktiki konfra
nsı, 14 may 2015-ci il
Etibarlı elektron sənəd dövriyyəsi sistemlərində 
elektron imza formatları 
Ülk
ər Əliyeva
Az
ərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
ulker.aliyeva577@gmail.com 
Xülas
ə— Məqalədə etibarlı elektron sənəd dövriyyəsi sistemləri 
üçün n
əzərdə tutulmuş elektron imza formatları haqqında 
ümumi m
əlumat verilir. Asan imza, gücləndirilmiş elektron imza 
v
ə təkmil elektron imza nəzərdən keçirilr və CAdES, PAdES və 
XAdES kimi elektron imza format
ları analiz edilir. 
Açar sözl
ər— elektron imza, təkmil imza; gücləndirilmiş elektron 
imza; elektron imza formatı. 
I. 
GİRİŞ 
Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu 
dünyada informasiya t
əhlükəsizliyi məsələsi getdikcə daha 
vacib m
əsələ kimi ortaya çıxmışdır. Məlumat mübadiləsi 
zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması 
çox mühüm m
əsələdir. Dövlət orqanları ilə müxtəlif 
əməliyyatlar həyata keçirərkən vətəndaşların 
şəxsi 
m
əlumatlarının üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz 
şəbəkələr getdikcə daha çox yayılır. Bundan başqa elektron 
əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin 
ayırd edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. 
Bütün qeyd olunanlar is
ə elektron imzanın zəruriliyini ortaya 
çıxarır. E-imza ilk dəfə Uildfild Diffi və Martin Xellman 
t
ərəfindən 1976-cı ildə təklif edilmişdir. 1977-ci ildə ilk 
kriptoqrafi
ya alqoritmi RSA yaradılmışdır. Elektron imzanın 
əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin 
yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) 
bu informasiy
anı yaradan şəxsi müəyyən etməsinə imkan 
yaratmaqdır. Hal-hazırda elektron imzanı tətbiq edən ölkələr 
dig
ərlərinə nisbətən daha inkişaf etmiş hesab olunur və 
h
əmçinin belə ölkələrdə inkişaf daha da dinamik baş verir. 
Elektron formada t
əqdim edilən və elektron imza ilə 
kodlaşdırılan elektron sənədlərin informasiya sistemində 
nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə 
tutan elektron s
ənəd dövriyyəsinin tətbiqi zamanı hər kəs 
yalnız öz səlahiyyətləri daxilində olan məlumatları əldə edə 
bilir.Bu is
ə informasiya təhlükəsizliyinin yüksək səviyyədə 
t
əminatı deməkdir. 
II. 
E
TİBARLI
ELEKTRON
SƏNƏD
DÖVRİYYƏSİNİN
TƏLƏBLƏRİ 
Elektron s
ənəd dövriyyəsi vasitələrinə qoyulan tələblər 
aşağıdakılardır:
• 
Dövl
ət orqanlarının mülkiyyətində olan və ya istifadə 
etdikl
əri informasiya sistemləri vasitəsilə təhlükəsiz 
elektron s
ənəd dövriyyəsinin aparılması məqsədilə 
müvafiq icra hakimiyy
əti orqanı tərəfindən müəyyən 
edilmiş qaydaya əsasən bu sistemlərin ekspertizası 
h
əyata keçirilməlidir;
• 
Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan və 
digər konfidensial informasiyaların 
sertifikatlaşdırılmış mühafizə vasitələri elektron 
sənəd dövriyyəsində müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən olunmuş qaydada istifadə edilir; 
• 
İstifadə edilən elektron imza və elektron sənəd 
dövriyyəsi vasitələri sertifikatlaşdırma haqqında 
Azərbaycan Respublikasının qanunvericiliyinə 
müvafiq qaydada sertifikatlaşdırılır.
[1] 
III. ELEKTRON
İMZA
Elektron imza e
lektron 
dünyada 
şəxsiyyəti 

əyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi 
xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli 
çeviricil
ərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji 
əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını 
t
əmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın 
malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat 
vasit
əsilə bir elektron məlumata əlavə edilən və məlumatı 
gönd
ərəni təyin edən bir ədədi koddur [2]. 
Elektron imza dig
ər verilənlərə əlavə edilən və ya onlarla 
m
əntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan 
ver
ən verilənlərdir. Elektron imza sənədin həqiqiliyi, bütövlüyü 
v
ə dəyişilməzliyini təmin etməyə imkan verir.
Bu gün elektron hökum
ətin əsas atributlarından sayılan 
elektron imza Az
ərbaycanda uğurla tətbiq edilməkdədir. 
“Elektron imza v
ə elektron sənəd haqqında” Azərbaycan 
Respublikasının Qanunu qəbul edildikdən sonra “elektron 
imza”nın reallaşdırılması mərkəzi icra orqanı kimi Rabitə və 
İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılmışdır. 
Az
ərbaycan Respublikasının Qanunlarına əsasən elektron 
imza il
ə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış 
v
ə möhürlənmiş sənədlərə bərabər tutulur. Bu gün 
Az
ərbaycanda 200 mindən artıq e-imza sahibi vardır. Elektron 
imza il
ə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan 
yer
ə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün 
iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni 
imkanlar 
əldə edirlər. Elektron imzanın istifadəsi zamanı 
elektron s
ənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə 
malik olur. 
R
espublikamızda elektron imza sisteminin tətbiqi və dövlət 
orqanlarında elektron xidmətlərin göstərilməsi gələcəkdə 
ölk
əmizin dünya informasiya sisteminə, Avropaya 
inteqrasiyasını daha da sürətləndirmiş olacaq. 
186 



Yüklə 173,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin