Kompüter şəbəkələrinin aparat və proqram təminatı
Lokal kompüter şəbəkələrinin (Local Area NetWork - LAN) əsas aparat komponentləri kimi aşağıdakılardan istifadə edilir:
■ işçi stansiyalar;
■ serverlər; .
■ interfeys (şəbəkə) kartları (adapterləri);
■ kabellər.
İşçi stansiyalar (İST) - şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan fərdi kompüterlərdir
Lokal kompüter şəbəkələrində (LKŞ) - serverlər şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirirlər. Adətən, server funksiyasını kifayət qədər güclü olan fərdi kompüter və ya xüsusi server kompüteri həyata keçirə bilir.
İnformasiya ötürmə mühiti dedikdə, kompüterlərarası informasiya mübadiləsini aparan rabitə xətləri başa düşülür.
İnformasiya ötürülməsinin fiziki mühiti kimi kabellər, yəni naqillər yığımı, izolyasiya və qoruyucu örtüklər, birləşdirici ucluqlar, informasiya siqnallarını yayan yer atmosferi və ya kosmik fəzanı göstərmək olar.
Verilənlərin ötürülməsi mühitindən asılı olaraq rabitə xətləri aşağıdakı qruplara ayrılırlar:
> çəkilən (hava ilə);
> kabelli (mis və optik-lifli);
> yerüstü və peyk əlaqə radiokanalları.
Kompüter şəbəkələrində üç növ kabeldən istifadə olunur:
> burulmuş cüt naqillər əsasında kabellər;
> aliminium və ya mis özəkli koaksial kabellər;
> lifli-optik kabellər.
Transiver -
Repiter
Konnektorlar (birləşdiricilər) -
Terminatorlar -
Modern -
Şlüz (Gateway)
Təkrarlayıcı (Repeater)
Çevirici (Switch) -
Körpü (Bridge)
Marşrutlaşdırıcı (Router)-
HOST (Hybrid Open Systems Technology)
HUB (hab)
Lokal şəbəkənin idarə edilməsini təmin edən proqramlar kompleksinə şəbəkənin proqram təminatı deyilir.
Bu proqramlann əsas hissəsi serverdə, digər hissəsi isə şəbəkəyə qoşulan kompüterlərdə yerləşdirilir. Bu cür şəbəkə sistemlərindən ən çox istifadə ediləni Novell firmasının NetWare sistemidir. Eləcə də Microsoft firmasının server şəbəkə proqramı təminatlarından da geniş istifadə olunur.
İxtiyarı lokal şəbəkənin işi aşağıdakı prinsiplərə əsaslanır:
> şəbəkəyə qoşulmuş ixtiyarı kompüter öz məxsusi nömrəsinə (identifikatora) malikdir,
> konkret olaraq hər hansı kompüterdəki informasiya şəbəkəyə ayrı-ayrı informasiya paketləri şəklində ,daxil olur,
> hər bir daxil olan informasiya paketində onun şəbəkədəki hansı kompüter üçün nəzərdə tutulduğu haqqında məlumat olur,
> hər bir informasiya paketi şəbəkə üzrə sərbəst hərəkət edə bilir, ,
> hər bir informasiya paketindəki ünvan hissəsi, şəbəkədəki hər bir kompüterin nömrəsi ilə müqayisə olunur,
> informasiya paketindəki ünvanlar üst-üstə düşdükdə, informasiya nəzərdə tutulmuş kompüter tərəfindən qəbul edilir.
> informasiya paketi lazımı ünvanı şəbəkədə tapmadıqda məhv edilir.
Qeyd edək ki, informasiya şəbəkə üzrə ona qoşulmuş bütün kompüterlərə eyni zamanda göndərilə bilər. Şəbəkənin bu funksiyasına “broadkastinq” deyilir.
Lokal şəbəkələrin topologiyaları
Topologiya - lokal şəbəkənin forma və strukturunu qrafiki əks etdirən nəzəri bir konstruksiyadır.
Lokal şəbəkələrin topologiyalarını həm fiziki, həm də məntiqi nöqteyi-nəzərdən təsvir etmək olar.
Fiziki topologiya - lokal şəbəkənin komponentlərinin həndəsi yerləşməsini təsvir edir.
Məntiqi topologiya - qarşılıqlı əlaqə yarada bilən şəbəkənin son nöqtələri arasında mümkün olan birləşmələri əks etdirir.
Şəbəkə texnologiyaları. Kliyent-server texnologiyası
Ethernet, Fast Ethernet, Gigabit Ethernet
Arcnet
Token-Ring
FDDI
100 VG-AnyLan
Dostları ilə paylaş: |