Açıq Sistemlərin Qarşılıqlı Əlaqəsi modeli (OSI- Open System Interconnection)
Şəbəkələrin qarşılıqlı əlaqəsi əsası olan OSİ 1983-cü ildə Beynəlxalq
Standartlaşdırma İnstitutu tərəfindən yaradıldı. OSİ modeli aşıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verilir.
OSİ modelinin səviyyələri aşağıdakılardır:
1. Fiziki səviyyə
2. Kanal səviyyəsi
3. Şəbəkə səviyyəsi
4. Nəqliyyat səviyyəsi
5. Seans səviyyəsi
6. Təqdimetmə səviyyəsi
7. Tətbiqi səviyyəsi
İnternetin qısa tarixi
İnternet - qlobal şəbəkədə birləşmiş milyonlarla kompüterləri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.
1969-cu il: ABŞ-m Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA -Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir
Bu layihə ARPANET adlandırıldı
1983-cü ildə iki şəbəkəyə - ARPANET və MILNET şəbəkələrinə bölünür.
1980-ci ildə yeni şəbəkələr meydana gəldi. Məsələn, BITNET (Because It’s Time Network), CSNET (Computer Science Network) şəbəkəsi hesablama texnikası və proqramlaşdırma üzrə tədqiqatçıları birləşdirirdi. 1985- ci ildə ABŞ Elmi Fondu (NFS) tərəfindən NFSNet yaradıldı. Bu
1990-cı ildə ARPANET öz fəaliyyətini dayandırdı, onun funksiyalarını NSFNet yerinə yetirirdi. Praktik olaraq NSFNet şəbəkəsi bir çox şəbəkəni birləşdirərək indiki İnterneti yaratmışdır.
İnternet qlobal şəbəkəsinin baza protokolları (ТСР/İР). İnternetdə resursların ünvanlaşdırılması
İnternet — dünyanın bütün şəbəkələrini birləşdirən qlobal şəbəkədir, şəbəkələr şəbəkəsidir.
Protokol - müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri ilə mübadilə edən xəbərlərin ardıcıllığını və formatını təyin edən qaydalardır. Sadə dildə desək, protokol - şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir.
İnternetdə əsas protokol TCP/IP protokoludur. Bu protokol əslində aşağıdakı 2 protokoldan ibarətdir:
TCP (Transmission Control Protocol) - verilənlərin ötürülməsinin idarə olunması protokolu paketlərin lazımi nöqtəyə düzgün çatdırılmasına xidmət edir.
IP (internet Protocol) - şəbəkə protokolu köməyilə növbəti addımda hazır paketlər ardıcıl şəkildə ünvanlanaraq informasiya qəbuledicisinə ötürülür, son nəticədə paketlərin alınıb alınmaması TCP protokolu ilə yoxlanılır.
Aşağıdakı şəbəkə protokollarından da istifadə edilir:
ARP (Address Resolution Protocol - ünvanların müəyyən edilməsi protokolu) - 32- mərtəbəli IP-ünvanları, lokal şəbəkələrin ünvanlarına, məsələn, Ethernet ünvanlarına çevirir.
FTP (File Transfer Protocol - faylların ötürülməsi protokolu) – fayllar bir kompüterdən digər kompüterə ötürülməsinə xidmət edir.
SMTP (Simple Mail Transfer Protocol - elektron poçtla mübadilənin sadə protokolu).
Məktubların qəbulu üçün isə poçt müştərisi POP3 (Post Office Protocol Version 3) və ya IMAP (internet Message Access Protocol) protokollarından istifadə etməlidir.
ICMP (internet Control Message Protocol) - IP-marşrutizatorlara və şəbəkənin əsas kompüterlərinə səhvlər haqqında məlumatların, idarəedici informasiyanın göndərilməsinə xidmət edir.
HTTP (Hyper Text Transfer Protocol - hipermətnlərin ötürülməsi protokolu) - veb sənədlərə əlyetərliyi təmin edir.
İnternetdə resursların ünvanlanması. Domen adlar sistemi (DNS)
Xəbəri ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. TCP/IP stekində 3 tip ünvandan istifadə edilir:
> lokal (aparat ünvanı da adlanır)
> IP (internet Protocol) ünvan
> DNS (Domain Name System) - işarə domen adlar sistemi
IP ünvan.
IP ünvan yaddaşda 32 bit = 4 bayt yer tutur. Məsələn, 104.24.74.190 . Belə yazı IP-ünvan adlanır.
IP ünvanlar soldan sağa oxunur. IP ünvanlar ilk oktetinə görə aşağıdakı siniflərə ayrılır:
İnternetdə kompüterlərin ünvanı Domain Name System (DNS) adlanan - domen adlar sistemindən istifadə olunur.
DNS ünvanı üç hissəyə (necə ki, ev ünvanlarında küçə, şəhər, ölkə və s.) bölünür. DNS ünvanın əsas hissəsi birinci səviyyəli domen adlanıb coğrafi zona və ya sahə üzrə klassifikasiya olunur.
com . - kommersiya təşkilatlan
edu - təhsil müəssisələri
mil - hərbi müəssisələr
gov - dövlət təşkilatlan
net - şəbəkə agentlikləri və ya provayderlər
int - beynəlxalq təşkilatlar
org - qeyri-hökumət təşkilatlan
Eyni zamanda 1-ci səviyyəli domen kimi ölkənin kodu istifadə olunur, az - Azərbaycan ’
tr - Türkiyə
de - Almaniya
ru - Rusiya i .
ch - İsveçrə
uk - Böyük Britaniya
fr - Fransa
ca - Kanada
Lokal ünvanlar alt şəbəkə çərçivəsində verilənlərin ünvana çatdmlması üçün istifadə edilir. Lokal ünvanlar MAC ünvanlar adlanır.
MAC ünvanlar 6 baytlıq formata malik olur. Bu ünvanların yazılışında 16-lıq say sisteminin simvollarından istifadə olunur. Məsələn, 11-A0-17-3D-BC-01.
İnternet xidmətləri
Dostları ilə paylaş: |