Rəngli görüntülərin 24 bitlik ikilik ədədlər vasitəsiylə kodlaşdırılmasına tam rəngli (True Color)kodlaşdırma deyilir. Yəni burada 1 simvol 24 bit yer tutur.
Çox yüksək dəqiqliklə tələb olunmadıqda rəngi göstərmək üçün daha az sayda bitdən istifadə olunur.Məs.Görüntünün 16 bitlik ikilik ədədlər vasitəsiylə kodlaşdırılması Hight Color adlanır. Yəni burada 1 simvol 16 bit yer tutur.
Belə görüntülərin həcmi (diskdə tutduğu yer)tam rəngli(True Color)görüntülərlə müqaisədə daha az olur.(əlbəttə keyfiyyəti də aşağı olur)
Ağ-qara təsvirlərdə isə hər bir piksel yaddaşda 1 bit yer tutur.(2 rəng=21)
Səs informasiyanın kodlaşdırılması
Müasir elektron qurğuların əksəriyyəti rəqəmsal qurğulardır.Bu qurğularda saxlanılan və emal olunan hər şey ədədlərdir.danışıq zamanı ağızın yaratdığı səs dalğaları analoq təbiətlidir.Bu dalğaları elektrik siqnalına çevirə bilər.Bu elektrik siqnalı da analoqdur.