İnformatika fəNNİNİn predmeti. Əsas anlayişlar. İnformasiya öLÇÜ vahiDLƏRİ



Yüklə 173,42 Kb.
səhifə7/14
tarix02.01.2022
ölçüsü173,42 Kb.
#40053
1   2   3   4   5   6   7   8   9   10   ...   14
MÖVZU 1

Sistem proqram təminatı:

Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir: Sistem proqramları aşağıdakılardır:



  1. Əməliyyat sistemləri;

  2. Şəbəkə sistemləri;

  3. Xidməti proqramlar və s.

Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək. çapı təşkil etmək, lokal və qlobal şəkələrlə əlaqə yaratmaq mümkündür.

Əməliyyat sistemləri sistem proqram təminatının əsasşnı təşkil edib. Onun vacib elementlərindən biridir. Əməliyyatlar sistemi kompüter işə düşərkən yerinə yetirilməyə başlayır. Kompüterin bütün hissələrinin işləməsini təmin edir, informasiyanı idarə edir. əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.

Əməliyyat sisteminin köməyilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, ƏS-nin əsas funksiyası kompüterlərin ehtiyatlarının (fiziki ehtiyatlar (mikroprosessor, monitor, disklər) və məntiqi ehtiyatlar (proqramlar. Fayllar və s.)) və və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.

ƏS-ləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:

  1. birməsələli (bir istifadəçidən ibarət) ƏS;

  2. çoxməsələli (çox istifadəçidən ibarət) ƏS;

  3. Şəbəkə əməliyyatlar sistemləri.

Birməsələli ƏS bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. Belə sistemlərə MS-DOS ƏS göstərmək olar.

Çoxməsələli ƏS fərdi kompüterlərdən istifadəçilərin multiproqrm vaxt bölgüsü rejimində kollektiv istifadəni təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram və məsələ olur ki, mikroprosessor kompüterin resurslarını onlar arasında bölüşdürür. Belə ƏS UNİX, OS/2, Windows, Windows NT-ni göstərmək olar.

Şəbəkə ƏS lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.

Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlat sistemi geniş istifadə olunur:

-MS-DOS və onunla uzlaşan PC-DOS və Novell Dos əməliyyat sistemləri;

- Windows 3.1, Windows 3.11, Windows 95, Windows 98, Windows 2000/NT, Windows XP, Windows Vista.

-UNİX, LUNİX.

Bu əməliyyat sistemləri 8, 16, 32 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş FK-lar üçün yaradılmışdır.




Yüklə 173,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin