Universal hesablama maşım aşağıdakı qurğulardan ibarət olmalıdır:
- riyazi və məntiqi əməliyyatları yerinə yetirən hesab-məntiq qurğusu;
- proqramın icra olunma prosesini təşkil edəft.idarəetmə qurğusu;
- verilənləri və proqramlari yaddaşında saxlaya biləcək yaddaş qurgusu.
Hesablama maşınrnın yaddaşında təhlil edilmiş verilənlərin və ya proqramların saxlanılmasından ötrü yaddaşın yuvalarını nöinrələmək nəzərdə tutulurdu və bununla yanaşı digər qurğularıru da yaddaşa müraciəti sadələşdirilməli idi.
İstənilən xarici qurğudan maşının yaddaşına proqram daxil edilir. İdarəetmə qurğusu yaddaşdakı proqramı nəzərə alaraq onun icra olunmasını təşkil edir. Daxil edilmiş əmrlərə uyğun olaraq riyazi-məntiqi qurğu riyazi və məntiqi hesablamaları yerinə yetirir. Beləliklə hesablama maşını insanın köməyi olmadan hesablama işlərini həyata keçirir.
Elektron lampalar üzərində qurulmuş bütün hesablama maşınlarını birinci nəslə aid edirlər. Bu nəsl hesablama maşınları 1945-1950-ci illəri əhatə edirlər.
1948-ci ildə tranzistorun ixtira edilməsi, bir neçə il sonra, təxminən 1955-ci ildə tranziızistorlar üzərində qurulmuş ikinci nəsil elektron hesablama maşınlarının yaranmasına gətirib çıxarmışdır.
Üçüncü nəsil hesablama maşınları 1960-68-ci illəri əhatə edir. 1964-cü ildən başlayaraq inteqral sxemlərin əsasında qurulmuş hesablama maşınlannı üçüncü nəslə aid etmək olar. İnteqral sxemlərin hesablama texnikasında istifadəsi hesablama maşınlarının ölçülərinin kiçilməsinə, etibarlığının artmasına, tələb etdiyi enerjinin azalmasma və s. texniki göstəricilərinin yaxşılaşdırılmasına səbəb oldu.
1971-ci ildə ABŞ-da və digər inkişaf etmiş kapitalist ölkələrində yeni inteqral sxemlərdən istifadə etməklə EHM-lər ixtira olunur. Belə inteqral sxemlerin daxilində onlarla, yüzlərlə, hətta minlərlə tranzistor elementi yerləşdirmək mümkün olür. Onlara texnikada böyük inteqral sxenılər (BİS) deyirlər. BİS-in yaranması yeni nəsil - dördüncü nəsil hesablama maşınlarının, mikroEHM- (mikrokompüterlərin) yararanasına səbəb oldu.
Keçən əsrin sonuncu onilliyində inkişaf etmiş kapitalist ölkələrində beşinci nəslə aid hesablama maşınları barəsində müxtəlif layihələr irəli sürülmüş və işlənib hazırlanmışdır. Ümumiyyətiə bu nəsil hesablama maşınlarının yaradilması layihəsi 1979-cu ildə Yaponiya mütəxəssisləri tərəfindən irəli sürülmüşdür. Sonrakı illərdə belə layihələr ABŞ və Qərbi Avropa ölkələrində də işlənib hazırlanmışdır. Beşinci nəsil hesablama maşınlarının istifadəçi ilə öz aralarında yeni münasibət yaradacaqları nəzərdə tutulmuşdur.
Bu nəsil elektron hesablama maşınları keçən əsrin 90-cı illərində yaradılmışdır və təkmilləşdirilməkdə davam etdirilir. Beşinci nəsil hesablama maşınlarında biliklərin səmərili işlənməsi sisteminin yaradılmasına imkan verən onlarla paralel işləyən mikrorosessorlardan, həmçinin eyni zamanda onlarla əmr proqramlärını həyata keçirə bilən paralel (vektor) quruluşlu daha mürəkkəb mikroprosessorlardan geniş istifadə edilmişdir.
Gələcəkdə altıncı nəslə aid hesablama maşınlarımn hazırlanması və , tətbiqi nəzərdə tutulmuşdur. Belə hesablama maşınlannda müasır , kompüterlərin imkanlarından kənarda olan, həll edilməsi çətinlik törədən bütün məsələlərin həll oluranası nəzərdə tutulur.
Altıncı nəsil hesablama maşınları öptık-elektron elementləri bazası üzərində qurulacaq və onların işləmə sürəti çox böyük olacaqdır. Onların işləməsi üçün lazım olan enerjini elektronlardan daha sürətli olan fotonlar həyata keçirəcəkdir.
Altıncı nəsil kompüterlər təbii dili başa düşməlidir. Bunun üçün onların "çox şeyi bilmələri və bacarmaları" lazımdır. Biliklərə malik olaraq onları işləyib təhlil etmək, istifadəçinin istənilən sorğusuna ləngimədən və ətraflı cavab vermək və s. üçün kompüterlerin işləmə sürətlərinin yüksək olması vacibdir. Mütəxəssislər tərəfindən təxmini hesablanmışdır ki, yerinə yetirəcək bütün işləri dəqiq həyata keçirməkdən ötrü onlar bir saniyədə trilyonlarla əməliyyatı (müasir dövrdə istifadə edilən fərdi kompüterlərdən milyonlarla dəfə çox) aparmalıdırlar. İntelektual, yəni şüurlu kompüterlərin yaradılması üçün də ciddi elmi tədqiqatlar aparılır. Kompüterlərin şüurunu insanın şüurundan fərqləndirməkdən ötrü onu süni intellekt adlandırmaq qəbul olunmuşdur. Altıncı nəsil kompüterlərdə informasiyamn işlənməsinin insan beynində olduğu kimi həyata keçirilməsi məsələsi tədqiqatçılar arasında böyük marağa səbəb olmuşdur. Nəticədə çox mikroprosessorun («neyron»un) birgə işləyəcəyi kompüterlərin yaradılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, mikroprosessorların informasiyam təhlil etmə sürətləri neyronunkuna nisbətən aşağı olmasma baxmayaraq onlarm birgə işləməsi nəticəsində hazırlanacaq kompüterlərin məhsuldarlığım xeyli artırmaq mümkün olacaqdır. Bu nəslə aid olan optik elementlər əsasmda yaradılan kompüterlərə də böyük ümüdlər bəslənilir. Elmi tədqiqatlar əsasında nəzəri hesablamalar göstərir ki, optik kompüterlər bir saniyə ərzində yüzlərlə trilyon əməliyyat yerinə yetirə biləcəklər. Belə kompüterlərdə ən mürəkkəb məsələləri həll etmək mümkün olacaqdır. Bu nəslə aid hazırlanan kompüterlərdə digər istiqamət molekulyar biologiyanın tətbiqi ilə bağlıdır. Belə kompüterlərin tərkibində molekulyar və molekul qruplarından istifadə etmək nəzərdə tutulmuşdur.
Müasir hesablama sistemlərini əsasən üç böyük sinfə bölmək olar:
Mini - EHM (buraya fərdi kompüterlər də daxildir).
Meynfreym
Superkompüterlər.
Fərdi kompüterlər və onların quruluşu ilə ayrıca tanış olacağıq. Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır. 70-ci illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur.
Superkompüter – çox prosessorlu elektron-hesablama sistemidır. İlk supekompüter amerikalı mühəndis-elektronçu Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. Superkompüterlərdə çoxsaylı mikroprosessorların paralel işlənməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompüterlərin qiyməti 100 milyonlarla dollarlarla ölçülür. Bu kompüterlərdən böyük həcmli problem məsələlərin həllində istifadə edilir. Belə məsələlərə qalaktikanın öyrənilməsi kosmik və nüvə tədqiqatlarını və s. aid etmək olar.
EHM-larının təsnifatında da qeyd olunduğu kimi hal-hazırda ən geniş istifadə olunan EHM-ları fərdi EHM-larıdır. Başqa sözlə kompüterlər müasir həyatın müxtəlif sahələrində geniş tətbiq imkanlarına malikdir.
Kompüterlər yalnız xarici görünüşlərinə görə deyil, funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin struktur sxemi aşağıdakı şəkil 1-də göstərilmişdir.
Fərdi kompüterlərin quruluşu aşağıdakı kimidir:
əsas aparat hissəsini özündə birləşdirən sistem bloku. Bloka qida bloku, ana lövhə (ana plata), mikriprosessor, mikrosxemlər, yaddaşlar, sərt disk, elastiki (yumşaq) disk sürücüsü, CD ROM, DVD və s. daxildir;
Mətn və qrafik məlumatı özündə əks etdirən monitor (displey);
Istifadəçi tərəfindən istənilən informasiyanı fərdi kompüterə daxil etmək üçün əlaqə qurğusu olan klaviatura;
Monitorun ekranı üzərində yerləşən xüsusi göstərici- kursoru ekran boyu istənilən istiqamətdə hərəkət etdirən MOUSE qurğusu;
Fərdi kompüterin periferiya qurğuları (əlavə qurğular)- printer, skaner, plotter, strimmer, rəqəmli kamera və s.
Fərdi kompüterlər masaüstü, portotiv və ovuc kompüterləri kimi bölünürlər.
Sistem bloku:
Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoğulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);
-verilənləri xaric edən qurğular (skanerş plotter);
-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);
-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);
Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər.
Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür.
Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lıvhə üzərində aşağıdakı elementlər yerləşir:
-Mikroprosessor (MP)- kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. Mikroprosessorlar bir-biriindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə sürətinə və məhsuldarlığa MİPS (saniyədə miliyon əməliyyat) görə fərqlənirlər. Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan SELERON tipli mikroprosessorlardan istifadə edilir.
Dostları ilə paylaş: |